Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni diasporu Sarkisyan rejimi ilə əlaqələri kəsir

 

Serj Sərkisyanın rəhbərlik etdiyi hökumət diaspora tərəfindən "fitə basılır" - bu yeni xəbər deyil.


"Xeberinfo.com": Diasporaçılar "demokratik" və "sivil" sözlərinin antonimi olan "cinayətkar", "rüşvətxor", "mafioz", "tiran", "soyğunçu" kimi bir çox sözləri müntəzəm olaraq Sərkisyan rejiminin ünvanına səsləndirirlər. Bu hal hər dəfə yeni faktlarla təkrarlanmaqda davam edir.
Amerikada yaşayan ermənilərin ölkədəki hakim təbəqəyə qarşı bir ayrı nifrəti var. Əhalini inqilaba, üsyana çağıran məhz bu diasporaçılardır. Amerika erməniləri əhali ilə paralel bəzi həmkarlarını da Sərkisyan rejimi ilə körpüləri yandırmağa, onunla bütün əlaqələri kəsib maddi yardımı dayandırmağa səsləyirlər.
Bu yaxınlarda sözügdən diasporaçılar facebook sosial şəbəkəsində Ermənistanda planlaşdırılan yeni oyunu üzə çıxarıblar. Qeyd edirlər ki, məşhur Ermənistan Fondu ölkənin ucqar zonalarının birində iki ailəni yeni evlə təmin edəcəyini bildirib. Diasporaçılar fondun bu vədini boş söz adlandırıblar. Onların sözlərinə görə, fondun başında duranlar məhz Ermənistanı idarə edənlərdir.
"Bu korrupsionerlər hər il büdcədən kisələrlə pul oğurlayırlar. Sonra da diasporaya yalvarıb yardım istəyirlər ki, taladıqları pulları kompensasiya etsinlər. Həmin iki ailəyə ev də verməz bunlar. Ev adı ilə daxmaya salarlar zavallı ailələri. Təəssüf ki, bizim bəzi diasporaçılar hələ də Sərkisyana inanırlar. Bu adama inanmaq olmaz, ona pul göndərməyi dayandırın!" - deyə səsini ucaldan diaspora Serj Sərkisyanı daha bir dəfə soyğunçuluq və yalançılıqda ittiham edib.
Serj Sərkisyan ölkə daxilində və xaricindəki ermənilər arasında sıfır nüfuz və maksimum nifrət qazanmaqla özünəməxsus siyasi portret yaradıb. Ermənilərsə bu portretə baxmaqdan imtina edirlər, çünki baxıb həzz almaq əvəzinə dişlərini qıcayırlar. Onların ən böyük istəklərindən biri Serj Sərkisyansız Ermənistanda yaşamaqdır

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam