Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentin keçmiş mühafizəçisi bıçaqlandı– FOTO

Prezidentin keçmiş mühafizəçisi bıçaqlandı

 

M.Mədətov Nizami rayonu 23-cü polis bölməsinin rəisi olub

 

Yenixeber.org: Dünən axşam saatlarında metronun “İçərişəhər” stansiyasının yaxınlığında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.

Oxu.Az moderator.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisindəki çayxanalardan birində baş verib.

Məlumata görə, 5 nəfər ona hücum edib. M.Mədətov bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, M. Mədətov mərhum dövlət başçısı Heydər Əliyevin prezidentliyinin ilk dönəmlərində onun mühafizəçisi olmuş, ardından Nizami rayonu 23-cü polis bölməsinin rəisi olub.

O, Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunaraq 2005-ci ildə 13 il müddətinə aadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirib. 2011-ci ildə isə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxıb.

Müşfiq Mədətov “Qarabağ”ın futbolçusu Mahir Mədətovun əmisidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam