Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Medvedev həyəcan təbili çaldı

 

 

Rusiyanın Baş naziri Dmitri Medvedev qlobal iqtisadiyyatda qoruyucu yanaşma sisteminin ortaya çıxdığını və Rusiyanın bu yeni sistemlə uyğunlaşmasının vacib olduğunu bildirib.

 

"Xeberinfo.com": Məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən konfransda danışan Medvedev xəbərdarlıq edib:

 

“Biz istehsalçılarımıza, mallarımıza, şirkətlərimizə təsir edən güclü sığortası olan iqtisadiyyatla qarşı-qarşıyayıq. Bu proses geriləməyəcək”.

 

Rusiya hökumətinin və rus şirkətlərinin maraqlarının qorunmasının vacib olduğunu deyən Medvedev buna görə Qərbi ittiham edib:

“Biz bu problemə qarşı tədbir görməliyik. Bizim məğlubiyyətimizdən kimlərsə faydalanmaq istəyir. Buna heç vaxt icazə verməyəcəyik”.

 

Onu da bildirək ki, Medvedevin fikrincə, sanksiyalar nəticəsində bir çox şirkətlərin Qərb bazarında mövqeyinin itirməsi sığortalı istehsala keçid üçün şərait yaradıb. Bu da gələcəkdə Rusiya iqtisadiyyatına milyardlarla dollar ziyan vura bilər.

 

Avropa Birliyi şirkətlərinin Rusiya ilə əməkdaşlığı davam etdirəcəyini və AB-nin Rusiyanın birinci ticarət partnyoru olaraq qalacağını vurğulayan Rusiya Baş naziri Asiya-Sakit okean hövzəsi ilə əməkdaşlığın inkişaf etdirilməsinin Rusiyanın prioritetləri sırasında olduğunu qeyd edib.

 

Xatırladaq ki, ABŞ və AB Ukraynada yaranan vəziyyətə görə Rusiyanın bir çox vəzifəli şəxslərinə və öndəgedən rus şirkətlərinə sanksiyalar tətbiq edib.

 

Bu gün isə yeni sanksiya paketinin qüvvəyə minməsi gözlənilir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam