Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsrail yenə bombaladı

 

 

     "Həmas" 3 saatlıq atəşkəs elan edilməsini istəsə də İsrail bunu rədd edib

 

"Xeberinfo.com":İsrail hərbi hava qüvvələrinin təyyarələri Qəzzanın Şəcaiyyə səmtini bombalayıb. ANS PRESS-in məlumatına görə, bölgə həmçinin artilleriya atəşinə tutulub. İlkin məlumatlara görə, ən azı 40 nəfər ölüb, 400-dən çox adam yaralanıb. Onların çoxunun qadın və uşaq olduğu bildirilir.
Bombardman zamanı yaralıların daşındığı xəstəxanalardan birinə də zərbə endirilib. Küçələrə səpələnmiş cəsədləri və yaralıları götürmək üçün əraziyə girmək istəyən təcili tibbi yardım maşınlara atəş açılır. Ona görə də son bombardman nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.
Şəcaiyyə səmtinin sakinlərinin evləri tərk edərək Qəzzanın digər bölgələrinə üz tutduğu bildirilir.
“Həmas” hərəkatı bölgədəki yaralılara kömək etmək üçün İsraildən 3 saatlıq atəşkəs elan edilməsini istəyib. Rəsmi Təl-Əviv isə bunu rədd edib.
Son məlumatlara görə, Qəzzada ölən fələstinlilərin sayı 370 nəfəri keçib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam