Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsraili pisləyən CNN əməkdaşı ölkədən çıxarıldı

 

Diana Magnay Qəzza zolağından CNN-in uzaqlaşdırdığı ikinci müxbirdir

 

   "Xeberinfo.com": Dünya  ABŞ-ın məşhur telekanalı olan CNN İsrail vətəndaşlarının Fələstində dinc insanlarının öldürülməsini alqışlamasını sosial şəbəkədə pisləyən əməkdaşını vəzifədən çıxarıb. 

 

ANS PRESS-in məlumatına görə, Diana Magnay adlı CNN əməkdaşı canlı yayımda Sderotda bir təpədə İsrail ordusu bombardmanını izləyən israillilərin sevincini göstərmiş və "Twitter"də bunun iyrənc olduğunu yazmışdı. 

 

"Sderotdakı təpələrdə israillilər Qəzzaya düşən bombaları qeyd edirlər. Səhv bir şey söyləsəm, avtomobilimizi məhv etməklə məni təhdid edirlər. Çox iyrəncdir". 

 

CNN Diana Magnayı Moskvaya göndərib. 

 

Qeyd edək ki, Magnay Qəzza zolağından CNN-in uzaqlaşdırdığı ikinci müxbirdir. Belə ki, Qəzza sahilində oynayan 4 fələstinli uşağın ölümünü çəkən Ayman Mohyeld də buradan uzaqlaşdırılmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam