Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rusiya ukraynalı xanım pilotu girov götürüb

 

Ukrayna savaşa görə sosial durumu pisləşənlərə kompensasiya verməyə hazırlaşır

 

  "Xeberinfo.com": Rusiyaya əsir düşən Ukrayna pilotu Nadejda Savçenko rusiyalı jurnalistlərin ölümündə ittiham olunur. Unina.net-in Rusiya xəbər agentliklərinə istinadən yaydığı xəbərdə bildirilir ki, məhkəmə N.Savçenko haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçib və pilot istintaq təcridxanasına göndərilib.
Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın doğu bölgələrinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatları “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb: “Bundan sonra ərazi atəşə tutulub və Ruisya jurnalistlər peşə borclarını yerinə yetirərkən həlak olub”. 
Ukrayna tərəf pilotun oğurlandığını iddia etsə də Rusiya tərəf rəsmi açıqlamasında yazır ki, Nadejda Savçenko Ukraynada axtarışda olduğu və adı rusiyalı jurnalistlərin öldürülməsi ilə bağlı cinayət işində oluğu üçün Rusiyaya sığınmaq istərkən sərhəddə saxlanıb. 
Yada salaq ki, Rusiya jurnalistlər Anton Voloşinlə Vladimir Kelyan iyunda Luqanskda odlu silahdan açılan atəşlə həlak olub. “Forbes” jurnalının Rusiya təmsilçisi olayların şahidi Orxan Camal isə bildirib ki, jurnalistlər separatçıların açdığı atəşlə həlak olub. Prezident Petro Poroşenko Rusiya prezidenti Vladimir Putini istintaqın obyektiv aparılacağına əmin etmişdi.
Ukraynanın Avropa Birliyindəki nümayəndəsi Konstantin Yeliseyev Rusiya Federasiyasının Ukrayna pilotu Savçenkonu girov götürməsi ilə bağlı qurum rəhbərliyinə müraciət edib. Sənəddə Avropa Birliyinin Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq etməsi tələbi qoyulub. Yeliseyev bütün Avropa qurumlarını pilotun ələ keçirilməsi faktına dəqiq hüquqi qiymət verməyə və onun girovluqdan azad edilməsi üçün Rusiyaya basqı göstərməyə çağırıb.
Ukrayna Nazirlər Kabineti Rusiyanın hərbi təcavüzü ilə Donets və Luqansk əyalətlərindəki dağıntıların aradan qaldırılması üçün 8,1 milyard qrivna gərək olduğunu açıqlayıb. Bu haqda jurnalistlərə açıqlama verən baş nazir Arseniy Yatsenyuk deyib ki təkcə ərazidə elektrik verilişinin bərpası üçün Ukraynaya 180 milyon qrivna lazımdır: “İndi bir bu vəsaiti əldə etməyin yollarını düşünürük. Çox güman, donorlara müraciət edəcəyik”.
Rusiyanın Ukraynaya təcavüzü ilə ölkədə yaranan inflyasiyaya görə hökumət payızda orta təbəqə təmsilçilərinə və yoxsulluq həddində  yaşayan vətəndaşlara kompensasiya ödəyəcək. Bu xəbəri də jurnalistlərə baş nazir Arkadiy Yatsenyuk verib. 
Baş nazir bildirib ki, sentyabr ayına qədər Maliyyə Nazirliyinə inflyasiyanın dəqiq faizi və vətəndaşlara ödənəcək konkret məbləğlə bağlı tarif təqdim olunacaq: “Ukraynadan asılı olmayan səbəblərə görə vətəndaşlarımızın sosial müdafiəsi zəifləyib. Ukrayna hökuməti payızın ilk aylarında vətəndaşlara itirdikləri vəsaiti geri qaytarmağı düşünür. Böyük ehtimalla vətəndaşlarımızın 30 faizi kompensasiya ala biləcək. Bu ağır durumda olan büdcəyə milyardlar hesabına başa gəlsə də biz bu haqda dəqiq qərar vermişik. Çünki, bu ölkədə hər şey vətəndaşın rifahı üçündür”.
Baş nazir deyib ki, yaxın günlərdə Ukrayna Dünya Bankının iqtisadiyyatın dəstəklənməsi üçün ayırdığı 300 milyon dolları alacaq. Bu məbləğin üçdə biri vətəndaşlara sosial müavinətlərin və kompensasiyaların ödənilməsinə yönələcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam