Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kiyev Rusiyaya qarşı sanksiyalar tətbiq edir

 

Ukrayna Ali Radası Milli Təhlükəsizlik və Müdafiə Şurasına əksəriyyəti rusiyalılar olmaqla 35 nəfərə qarşı sanksiya tətbiq etməyi məsləhət görüb.

 

"Xeberinfo.com":  Publika.az “RBK-Ukrayna” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın saytında yerləşdirilən qətnamədə deyilir.

 

Barəsində sanksiya tətbiq edilməsi təklif olunan şəxslər arasında Rusiya prezident Vladimir Putin də var. Ali Rada hesab edir ki, sözügedən şəxslər ukraynalı pilot Nadejda Savçenkonun Rusiyada qanunsuz saxlanmasına görə məsuliyyət daşıyırlar.

 

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları Nadejda Savçenkonu Luqanskda rusiyalı jurnalistilərin qətlində ittiham edir.

 

Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərq bölgələrinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb. “Bundan sonra ərazi atəşə tutulub və Rusiya jurnalistləri peşə borclarını yerinə yetirərkən həlak olub”, - istintaq materialında deyilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam