Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukraynada separatçılar “ağ bayraq” qaldırır

 

Qondarma “Donetsk Xalq Respublikası”nın rəhbərliyi rəsmi Kiyevlə sülh danışıqlarına hazırdır və bir çox tələblərindən imtina etməyə razıdır. 

"Xeberinfo.com" xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə “DXR”in baş naziri Aleksandr Boroday çıxış edib. 

A.Boroday bildirib ki, “DXR” atəşkəs elan olunmasına dair danışıqları davam etdirməyə hazırdır: “Təbii ki, qarşı tərəfin buna razılığı olarsa. İndiki vəziyyətdə əsas məsələ məsləhətləşmələrin vaxtı və yeridir. Təəssüf ki, danışıqlar aparan qrup hərbi əməliyyatlara görə Donetskə gəlməyə risk etmir”. 

“DXR” baş naziri əmin edib ki, Donetskə gəlməyə razı olacaqları təqdirdə məsləhətləşmə iştirakçılarının təhlükəsizliyinə tam zəmanət verilir. 

Xatırladaq ki, iyunun sonlarında Donetskdə Ukrayna, Rusiya, ATƏT, həmçinin qondarma “DXR” və “Luqansk Xalq Respublikası”nın nümayəndələrinin iştirakı ilə danışıqlar təşkil olunub. Lakin əhəmiyyətli nəticələr hələ əldə olunamayıb. 
İyunun 30-da Petr Poroşenko qüvvədə olan atəşkəs rejimini ləğv edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam