Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"BMT xalqların ümidlərini doğrultmur” -Latviyanın sabiq prezidenti

latviya prez

"Yaxşı idarəçilik cəmiyyətin bütün üzvlərinin qanun qarşısında bərabərliyinə nail olmaqdır".

 Yenixeber.org:   Bunu bu gün Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Freyberqa V Qlobal Bakı Forumunun açılışında bildirib.

 Vaira Vike-Freyberqa deyib ki, ölkə vətəndaşların idarəçiliyi nə dərəcədə yaxşı qavraması ilə münasib şəkildə stabil olur: "Əks təqdirdə terrorizm yaranacaq, bir çox başqa problem ortaya çıxacaq. Hər bir ölkənin gücü ilk növbədə vətəndaşlarının problemlərinin həlli ilə məşğul olmasındadır. Ancaq beynəlxalq balans daha çətindir. BMT dünyada xalqların ümidlərini doğrultmur və münaqişələrini həlli sahəsində vəziyyət də bunu göstərir. Böyük dövlətlər hansı qərarları verirsə, digər dövlətlər qoyun sürüsü kimi bunun arxasınca sürünməlidir. Biz uğurlu ölkələri də göstərə bilərik, Azərbaycan buna nümunədir. Azərbaycan əlverişli geosiyasi mövqedə yerləşir, enerji resursları var, Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat qovşağına çevrilə bilər".

Vaira Vike-Freyberqa qeyd edib ki, Azərbaycanda dinlə dövlət ayrıdır: "Beynəlxalq münasibətlərə gəlincə, Azərbaycan prezidenti də qeyd etdi ki, burada tam uyğunluq yoxdur. Daha böyük ölkələr təbii ki, daha böyük təsirə malik olacaq. ABŞ yeni prezident seçən zaman yeni prezident düşünür ki, ölkəsi çox böyüyüb, vergiləri azaltmağa söz verir. Bəzi ölkələr inkişaf edir, bəzi ölkələrdə böhran, müharibə baş verir. Ona görə də çətin durumda olan ölkələrdə yaşayan insanlar çıxış yolu axtarır. Dövlət başçıları əhalini öz arxasınca aparmalıdır. Hökumət vətəndaşlarını ölkənin düzgün şəkildə idarə olunmasına inandıra bilməzsə, ölkənin durumu yaxşı olmayacaq. İkinci Dünya Müharibəsindən sonra Avropa ölkələri birgə işləməyə qərar verdi, Avropa İttifaqı quruldu, bu, yaxşı nümunə oldu. Bizim üstünlüklərimiz var, bu üstünlüklərin hamısı nəzərə alınmalı və birgə çalışmalıyıq. Bu Forumda yaxşı idarəçiliyin və balansının nə demək olduğunu araşdıracağıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam