Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropa Birliyi martdan “sağ” çıxacaqmı? -Avrozonada "ölüm-qalım savaşı"

Qarşıdakı bir ayda Avropa Komissiyasının sədri Jan-Klod Yunker postundan gedə bilər. İtaliyanın «La Repubblica» qəzeti Avropa Birliyindəki mötəbər mənbələrə istinadən yazır ki, hər şey mart ayında həll olunacaq.

Xeberinfo.com:   Hazırda isə Yunker sözün əsl mənasında, yolayırıcındadır. 

O, ya Avropa Birliyini ambisiyalı gələcək hədəfləyən, vahid ittifaq ola bilən nöqtəyə yönəltməli, ya da  «Avropanın qürubuna» son imzanı atmamaq üçün yerini müavinlərindən birinə ötürməlidir.

Müavinlər arasında favorit «Avropa Xalq Partiyası»ndan olan Yurki Kataynendir.

«Avropalı Sosialistlərin Partiyası»ndan olan Frans Timmermansın isə şansı daha azdır.

Jan-Klod Yunker

Qəzet yazır ki, Avropa Komissiyası martın 8-də «Ağ kitab»ı dərc etməlidir. Bu sənəd «Brexit»dən (Britaniyanın Avropa Birliyindən çıxması) sonra avrointeqrasiyanın «yeni başlanğıc» layihəsi hesab olunur. 

Martın 25-də İtaliyada Roma sazişinin 60 illiyi qeyd olunacaq. Brüssel məlum sənədi məhz həmin gün münasibətilə təqdim etməyi planlaşdırıb.

Yunker «Ağ kitab»ın üzərində həssaslıqla işləyib və ümid edib ki, sənəd üzv dövlətlərə Avropa Birliyinin gələcək inkişaf vektorunu imzalamaq üçün əsas olacaq.

Lakin son günlər Avropanın diplomatik strukturları konfidensial kanallarla Yunkerə mesaj göndəriblər ki, hazırkı məqamda «Ağ kitab»ın təqdimatının ertələnməsi daha məqsədəuyğundur.

Bunu istəyənlərdən biri Niderlandın baş naziri Mark Ryuttedir. Ryutterin partiyası martın 15-də parlament seçkilərində Qert Vildersin avroskeptikləri ilə qarşılaşacaq.

Yunker və Merkel

Bu istiqamətdə Almaniya kansleri Angela Merkeldən də siqnal gəlib.

Sentyabrda keçirilməsi nəzərdə tutulan kansler seçkilərinə qədər Merkel də daxili siyasətdə Avropa ilə bağlı müzakirələrə yol açacaq və 27 üzv arasında nifaq yarada biləcək yeni təşəbbüslər istəmir.

Yunker üçün əlamətdar sayılacaq tarixlərdən biri də bugünlərdə Berlində Merkellə keçirəcəyi görüşdür. Əgər Merkel ondan «Ağ kitab»ın ictmailəşməsini 60 illik yubiley tədbirindən sonraya saxlamağı istəsə, bu, eyni zamanda sənədi müəyyən müddətə təsir imkanlarından məhrum edəcək. 

Yunker çətin seçim qarşısında qalacaq. 

Onun qərarına Avropanın digər liderləri ilə telefon söhbətləri də təsir edəcək. Həmin söhbətlərdə avropalı liderlərin Avropaya yenidən start vermək arzusunda olub-olmadığı ortaya çıxacaq. 

Mart ayında Avropa Birliyi üçün vacib etaplardan biri də Avropa Şurasının 9-10 tarixlərində keçiriləcək iclasıdır. 

Ardınca – martın 13-də Britaniyanın baş naziri Tereza Mey «Brexit»lə bağlı proseduru başlatdığını elan edəcək. Martın 25-də də Roma deklarasiyasının təqdimatı olacaq.

Bu etapların hamısı Yunker üçün tərəfdaşlarının mövqeyini və planlarını öyrənmək baxımından həlledici olacaq. 

Avropa Birliyi vahid cəbhə kimi qala biləcəkmi, yoxsa «Brexit» üzvlər arasında seyrəlmənin başlanğıcı olacaq?!

ABŞ-ın nüfuzlu «Bloomberg» agentliyi hələ ötən ilin sonlarında 2017-ci ilin olaylarını proqnozlaşdırarkən Avropa ilə bağlı maraqlı fikirlər səsləndirməmişdi.

Agentliyin proqnozlarına görə, Trampın qələbəsindən ruhlanan Avropa (Niderland başda olmaqla) populist liderlərə üstünlük verməyə başlayacaq. Bu liderlər isə sərhədləri möhkəmləndirməyin, azad ticarət haqda sazişi rədd etməyin, avrozonadan və Avropa Birliyindən çıxmağın tərəfdarıdılar.

"Bloomberg" qeyd etmişdi ki, bu il Fransada keçiriləcək prezident seçkilərindəMarin Le Pen qalib gələcək. Və seçkidən sonra Fransanın Avropa Birliyindən çıxması üçün referendum keçirəcək. «Beləliklə, «Brexit» (Britaniyanın AB-dən çıxması) baş tutduğu kimi, «Frexit» (Fransanın AB-dən çıxması) də reallaşacaq.

Agentlik həmçinin Şengen zonasının sonunun çatacağını, siyasi dəstəkdən məhrum olan avronun dəyərdən düşəcəyini proqnozlaşdırmışdı.

«Almaniyada Angela Merkel seçkiləri uduzacaq. İtaliyada populist hərəkat olan «5 ulduz»un lideri  Beppe Qrillo hakimiyyətə gələcək və italyan lirasının yenidən bərpası üçün referendum təklif edəcək. Britaniyada Tereza Meyi (hazırkı baş nazir) «Brexit»lə bağlı daha sərt siyasi xətt yürüdən namizəd üstələyəcək. Yunanıstanda iqtisadi böhran növbəti «partlayış» yaradacaq. Lakin bu dəfə ölkəni xilas etmək mümkün olmayacaq», deyə agentlik bildirmişdi.

Düzdür, hələlik yolun sonu deyil və Yunkerin təşvişinin nə dərəcədə əsaslı olduğu məlum deyil. Amma Avrokomissiyanın sədri hər ehtimala qarşı indidən istefaya hazırlaşdığını elan edir. 

Yeri gəlmişkən, Lüksemburqun baş naziri olduğu müddətdə Yunker 9 dəfə vəzifədən gedəcəyini bəyan etmişdi.

Şübhəsiz ki, indi vəziyyət fərqlidir. Və bir ay sonra Avropa radikal şəkildə dəyişə bilər…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam