Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsrail və Rusiya arasında məxfi saziş var –Fransa mətbuatı

 

4310

Fransanın “Intelligence online” bülleteni İsrail və Rusiya arasında Suriya səmasında necə davranmaqla bağlı “davranış kodeksi”nin olmasından yazıb.

Xeberinfo.com:   Məlumata görə, məxfi müqavilə iki ölkə arasında münaqişənin riskinin azaldılması üçün nəzərdə tutulub. Bülletendə qeyd olunur ki, İsrail HHQ-i son aylar “Hizbullah”ın silah təminatını kəsmək üçün Suriya ərazisinə zərbələrini artırıb. İsrailin rəsmi strukturları hava zərbələrini şərh etmirlər. Mütəmadi olaraq Qərb koalisiyasının zərbələrinə reaksiya verən rəsmi Moskva da bu barədə susmağa üstünlük verir.

Bülleteni yayan mənbənin fikrinə görə Rusiya və İsrail arasında məxfi müqavilə mövcuddur və bu haqda danışıqlar 2016-cı ilin martında aparılıb. İsrail tərəfdən danışıqları prezident Rivlin, baş nazir Netnayahu və İsrail ordusunun Baş Qərargah rəisi Amir Eşel aparıb. Rusiya tərəfdən isə danışıqlarda Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu iştirak edib.

Mənbə bildirir ki, İsrailin hədəfi silah, idarə olunan raketlərin “Hizbullah”ın əlinə keçməsinə mane olmaqdır. Moskva isə öz növbəsində Suriya müharibəsində İsrailin neytrallığını qazanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam