Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiyaya qarşı heç nə yumşaldılmayıb” –ABŞ prezidenti

trump

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün hər hansı addım atmadığını bəyan edib.

Xeberinfo.com:  “Lenta.ru”ya istinadən xəbərə görə, bunu Ağ Evdən bildiriblər.“Mən heç nəyi yumşaltmamışam”, – deyə D. Tramp söyləyib.

Ağ Evin mətbuat katibi Şon Spayser isə sanksiyaların yumşaldılmadığını, sadəcə, onların şamil olunduğu sahənin dəqiqləşdirildiyini deyib: “Bu, Maliyyə Nazirliyinin fəaliyyətində adi haldır, onlar sanksiyaların tətbiqindən sonra spesifik məsələləri tez-tez dəqiqləşdirirlər”.

Qeyd edək ki, Rusiya kütləvi informasiya vasitələri ABŞ-ın Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) qarşı sanksiyaları yumşaltdığı barədə xəbər yayıblar. Söhbət Rusiyaya informasiya texnologiyaları məhsullarının satışından gedir. Rusiyada bu məsələni FSB tənzimləyir. ABŞ Maliyyə Nazirliyi ölkə şirkətlərinin bu məhsulları Rusiyaya satmasında yarana biləcək problemə yol verməmək üçün məsələyə aydınlıq gətirib.

Xatırladaq ki, ABŞ-dakı seçki dövründə Demokratlar Partiyasının serverlərinə haker hücumları ilə əlaqədar keçmiş prezident Barak Obama tərəfindən FSB-yə qarşı sanksiya tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam