Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Türkiyə İŞİD-ə qarşı irimiqyaslı hücuma hazırlaşır -8 minlik qüvvə

Türkiyə yaxın günlərdə Suriyanın şimalındakı Əl-Bab şəhərini İŞİD terrorçularından təmizləmək üçün 8 minlik qüvvə və çoxsaylı texnika ilə irimiqyaslı hücuma hazırlaşır.

Xeberinfo.com:   Türkiyə KİV-lərinə istinadən xəbərə görə, hazırda Əl-Bab ətrafında cəmləşdirilən Türkiyə ordu birləşmələri üçün silah və sursat təchizatı həyata keçirilir. Bölgədə 8 minə yaxın hərbçi cəmləşdirilib, onlar 3 ayrı düşərgədə mənzillənib.

Hücumdan əvvəl Türkiyə ordusu havadan və qurudan İŞİD-in hədəflərini intensiv atəşə tutmaqdadır. Habelə terrorçuların Rakka şəhəri ilə bağlantılarını kəsmək üçün Əl-Babı bu şəhərlə birləşdirən yol atəş altında saxlanılır.

Kəşfiyyat məlumatlarına görə Əl-Babda 350-500 arasında İŞİD terrorçusu var. Onlar mülki sakinlərdən canlı qalxan kimi istifadə etməyə və Türkiyə ordusunun qəsəbəni ələ keçirməsini əngəlləməyə çalışır. Hazırda bölgədə hava şərtləri pisdir, qar və yağış səbəbindən ərazi palçıqlıdır, Əl-Babı qatı duman bürüyüb. Bu səbəbdən hücum üçün əlverişli deyil.

Bildirilir ki, İŞİD Türkiyə tanklarının qəsəbəyə hücumunu əngəlləmək üçün Fərat çayından Hələb şəhərinə gedən 2 metr diametrli içməli su xəttini partlatmağa hazırlaşdığı haqda məlumatlar var. Hücum planına əsasən Əl-Baba ancaq Türkiyə ordusu girməlidir, Azad Suriya Ordusunda cəmləşən müxaliflər isə ancaq 100 nəfərlik bələdçilərlə türk əsgərlərinə dəstək verəcək.

Əl-Bab uğrunda döyüşlər həftələrdir davam edir. Türkiyə ordusu qəsəbənin ətrafında mövqe tutub, döyüşlərdə indiyədək onlarla türk əsgəri həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam