Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bizə bir çəkic lazım idi, buna görə də İŞİD-i qurduq" -ABŞ GENERALINDAN ŞOK ETİRAF

95913

“ABŞ müdafiə naziri bir kağıza 7 il ərzində devriləcək hökumətlərin adını yazdı. Siyahıda Suriya, Liviya, Livan, Somali və İranın adı var idi”

Xeberinfo.com:    ABŞ generalı şok etiraflar edib.General Vesli Klark İŞİD terror qruplaşmasının necə qurulmasına dair şok etiraflar edib. Klark İŞİD-in ABŞ tərəfindən qurulduğunu etiraf edib. General terror qruplaşmasının Səudiyyə Ərəbistanından pul “sağmaq” və ölkələri işğal etməyə bəhanə yaratmaq məqsədi ilə qurulduğunu bildirib. Bundan başqa Klark ABŞ tərəfindən devrilməsi nəzərdə tutulan dövlətlərin siyahısını da açıqlayıb.

11 sentyabr hücumundan 10 gün sonra Pentaqona getdiyini deyən Vesli İŞİD-i qurmaq barədə qərar alınan görüşdən danışıb. Görüşdə ölkənin müdafiə naziri Donald Ramsfeld və müavini Paul Volfovitz də olub.

Görüş vaxtı Ramsfeld generala “Bir az söhbət eləməliyik” – deyərək onu aşağıdakı otağa çağırıb. Ramsfeld Klarka İraqa qarşı müharibəyə başlayacaqlarını bildirib. Ramsfeld müharibənin səbəbini bilmədiyini, rəhbərliyin başqa çarəsi qalmadığını vurğulayıb. Klarkın “Səddam və Əl-Qaidə qruplaşması arasında əlaqə olduğunu tapa bildinizmi?” – sualına nazir belə cavab verib: “Yox. Bu məsələdə yeni heç bir şey yoxdur. Sadəcə İraqa qarşı müharibə aparacağımız barədə qərar verdilər. Terrorçulara qarşı nə edəcəyimizi bilmirəm, amma yaxşı bir ordumuz var. Dövlətləri zəiflədə bilərik. Çevrilişlərlə dövlətləri silə bilərik. Bizə bir çəkic lazım idi. Buna görə də İŞİD-i qurduq”.

Vesli ABŞ tərəfindən devriləcək hökumətlərin də siyahısı olduğunu bildirib: “Biz Əfqanıstanı bombalayırdıq. Bir neçə həftədən sonra məsələni müdafiə nazirindən soruşdum. O, bir kağıza 7 il ərzində devriləcək hökumətlərin adını yazdı. Siyahıda Suriya, Liviya, Livan, Somali və İranın adı var idi.

ABŞ İŞİD və Əl-Qaidə kimi qruplaşmalardan Əfqanıstanda və digər ölkələrdə Sovet İttifaqına qarşı istifadə edib: “Səudiyyə Ərəbistanından pul qopartmaq üçün bu qruplaşmalarla razılığa gəldik. Bu qruplaşmalar ancaq bu işə yarayır”- deyə general bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam