Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Obama müsəlmanları izləmə sistemini ləğv etdi –Trampın işini çətinə saldı

obama-best

Xeberinfo.com:   “The Guardian” yazır ki, Obama administrasiyası 11 sentyabr hücumlarından sonra ABŞ-da ərəblərin və müsəlmanların izlənməsi üçün yaradılmış nəzarət sistemini ləğv edib. Məqalədə deyilir ki, bu, müsəlmanların ABŞ-a buraxılmamasını təklif edən Donald Trampın bütün gələcək planlarını poza bilər.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, Milli Təhlükəsizlik Giriş-Çıxış Qeydiyyatı Sisteminin (National Security Entry-Exit Registration System – NSEERS) hələ də qüvvədə olan son mexanizmləri ləğv olunur. “The Guardian” yazır ki, 11 sentyabr hücumundan sonra tətbiqinə başlanmış bu sistem Bush administrasiyasının ən çox nifrət doğuran elementi idi.

Bu sistemə əsasən əsas əhalisi ərəblər olan 25 ölkədən ABŞ-gələnlərdən barmaq izləri alınırdı və onlar vaxtaşırı qeydiyyatdan keçmək üçün nazirliyə gəlməli olurdular.Sistem 80 min insanı əhatə edirdi və onlardan 14 mini heç bir terror və ya zorakı hərəkətlərdə bulunmamasına baxmayaraq deportasiya siyahısına salınmışdı.
“The Guardian” yazır ki, Obama prezidentliyinin son günlərində NSEERS sistemini ləğv etməklə bir çox insan haqları müdafiəçisinin ürəyindən xəbər verib.Ekspertlər bu qənaətdədirlər ki, bu sistemin ləğvi ilə Trampın antimüsəlman planlarına “tormoz qoyulub”. Onlar deyirlər ki, Donald Trampın bu və ya buna bənzər sistem tətbiq etməsinə aylarla vaxt lazım gələ bilər.
Sözü gedən sistemin memarlarından biri olan Kris Kobaç Trampın keçid administrasiyasına daxildir və işə başlayan kimi sistemi daha da təkmilləşdirəcəyini vəd etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam