Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Türkiyədə PKK-ya yardım edənlər həbs olundu -924 nəfər

Türkiyənin 45 əyalətində aparılan anti-terror əməliyyatları nəticəsində terrorçu PKK qruplaşmasına və ona yaxın təşkilatlara yardım etməkdə və sığınacaq verməkdə şübhəli bilinən 924 nəfər həbs olunub.

Xeberinfo.com:   "Anadolu" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İnformasiyaya görə, ötən həftə Türkiyə Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri, komandoslar və Jandarma qüvvələri ümumilikdə 213 anti-terror əməliyyatı keçiriblər. Nəticədə terroçuların 24 sığınacaq yeri dağıdılıb, onlardan 700 kq partlayıcı maddə, 5 əl bombası, 29 "Kalaşnikov" avtomatı aşkarlanaraq götürülüb.

Nazirlikdən bildirilib ki, terrorçu PKK-ya göstərilən maliyyə dəstəyinin qarşısını almaq üçün də əməliyyat keçirilib. Terrorçulara aid 2 milyon dollarlıq narkotik maddə, o cümlədən 89 kq heroin, 806 kq tiryək, 22 min 76 ədəd narkotik həb aşkarlanaraq götürülüb.

Bundan başqa, 3 milyon dollar dəyəri olan 1 milyon 461 min 862 qutu siqaret ölkəyə qaçaq keçirilərkən tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam