Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Türkiyədə 834 nəfər həbs edilib -PKK ilə əlaqələri varmış

Son iki gündə Türkiyədə PKK ilə əlaqəsi olmaqda günahlandırılan 834 nəfər həbs olunub.

Xeberinfo.com:   Həbslər ölkənin 37 şəhərində eyni vaxtda keçirilən əməliyyatlar zamanı aparılıb. Təhlükəsizlik rəsmilərinin açıqlamasında bildirilir ki, bu əməliyyatlar 15 fevraldan etibarən terrorçuların bahar-yay mövsümündə davamlı terror aktlarına başlanması təlimatı aldığı xəbəri təsdiqləndikdən sonra həyata keçirilib. Açıqlamada əməliyyatlar zamanı çox sayda silah-sursat və sənədlərin ələ keçirildiyi bildirilib.

Türkiyə Daxili İşlər Nazirliyinin bazar ertəsi günü yayılan açıqlamasında son bir həftə içərisində aparılan əməliyyatlarda PKK ilə əlaqəsi olan 520 nəfərin nəzarətə alındığı və bunlardan 26-sının həbs olunduğu bildirilmişdi. Bundan başqa, 6-13 fevral tarixləri arasında keçirilən əməliyyatlarda Gülən qruplaşması ilə bağlılıqda şübhəli bilinən 792 nəfərin nəzarətə alındığı, bunlardan 147-sinin həbs olunduğu, İŞID ilə əlaqəsi olan 45 nəfərin də nəzarətə alındığı açıqlanmışdı.

Gaziantep Qubernatorluğu də bazar ertəsi günü etdiyi şərhdə polis və jandarma tərəfindən PKK-ya istiqamətli edilən ortaq əməliyyatlarda aralarında HDP və DBP rəhbərlərinin də olduğu 45 adamın nəzarətə alındığını bildirmişdi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam