Ərdoğanın vətəndaşı təpikləyən müşaviri işdən qovuldu
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın vətəndaşı təpikləyən müşaviri Yusuf Yerkel vəzifəsindən azad edilib.
"Xeberinfo.com": Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciə ilə əlaqədar baş nazir R.T. Ərdoğan bölgəyə səfər etmişdi. Onun səfəri zamanı etirazlar olmuşdu. Bu barədə məlumat vermişdik.
Hökumət başçısının müşaviri Y. Yerkel isə yerə yıxılan etirazçılardan birinə təpiklə zərbə vurmuşdu.