Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Türkiyə səfirliyində anım mərasimi keçirilib

 

 

 

     İsmayıl Alper Coçkun: "Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir"

 

 "xeberinfo.com": Türkiyənin Soma şəhərində kömür mədənində baş verən faciə ilə bağlı bu gün Türkiyənin Azərbaycandakı Səfirliyində anım mərasimi keçirilib.
 Məlumata görə, anım mərasimində iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov bildirib ki, kömür mədənində baş verən partlayış ağır bir faciədir: "Azərbaycan olaraq Türkiyədə ölən vətəndaşlara Allahdan rəhmət diləyirik".
Onun sözlərinə görə, Azərbaycan hər zaman Türkiyənin yanında olub, bundan sonra da yanında olacaq.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coçkun bildirib ki, Azərbaycanda anım tədbiri "bir millət iki dövlət" prinsipilə keçirilir: "Azərbaycan Prezidentindən aldığımız başsağlığı mesajı, eyni zamanda Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir".
Anım tədbirində Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, Türkiyənin ölkəmizdə olan iş adamları, diplomatik korpusların nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb. "TRT-1" telekanalının  məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.
T.Yıldız bildirib ki, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Hazırda 120 nəfər dağıntılar altındadır.
Onun sözlərinə görə, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.
Nazir bundan əvvəl qeyd etmişdi ki, qəza vaxtı mədəndə 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.
Partlayış işçilərin növbə dəyişikliyi zamanı olub.
Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl mədənlərdən birində, yerin təxminən 2 km dərinliyində baş verib.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.
Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam