Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Sizə, əvvələr heç kimin, heç zaman vurmadığı zərbələr vurarıq!”

nato_rusiya_absh

Xeberinfo.com:   Rusiya ilə müharibə barəsindəki öncəgörmə, şübhəsiz ki, gərginlik və çaxnaşma yayır. Amma indiki administrasiyanın üzvləri elə siyasət yürüdürlər ki, ondan yalnız bu cür nəticə gözləmək olar. Onlar iki cəbhədə – kiber məkanda və Suriyada aqressiv siyasət aparırlar. Və bu siyasətin əsasında ikiüzlülük və səriştəsizliyin qarışığı dayanıb.

Kiber məkanda münaqişə Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxilə etməsi şübhəsinin meydana çıxması ilə yaranıb. Rusiya isə kiber hücumlarla əlaqəsinin olmasını qətiyyətlə inkar edir.

Bu arada isə Milli kəşfiyyatın direktoru və Daxili təhlükəsizlik departamenti həmin məsələ ilə bağlı birlikdə bəyanat veriblər. Həmin bəyanatda deyilir: “Şəbəkənin sındırılması və informasiyaların ələ keçirilməsi ABŞ-dakı seçki prosesinə müdaxilə məqsədi daşıyıb. Həyata keçirilən səylərin incəliklərindən irəli gələrək, biz əmin oluruq ki, yüksək vəzifəli rusiyalı məmurlar bu cür fəaliyyətləri həyata keçirə bilərlər”.

Onu qeyd etmək gərəkdir ki, bu iddia “əminliyə” söykənir. Administrasiya ortalığa heç bir sübut qoya bilmir. Rusların hərəkətlərinə qarşı cavabın necə veriləcəyi vitse-prezident Co Bayden tərəfindən səsləndirilib. Çak Toda (Chuck Todd) verdiyi müsahibəsində Bayden deyib: ”Biz siqnal göndəririk. Biz bunu etmək qabiliyyətindəyik və bu bizim seçdiyimiz vaxt və effektin böyük olduğu şəraitdə baş verəcək”.

1467054836_94335

Bayden gizli kiber hücum barəsində açıq bəyanat verdikdən sonra, “bu barədə ictimaiyyətin xəbəri varmı” sualına vitse-prezident belə cavab verib: ”Ümid edirəm ki, yox”.

Kremlin nümayəndəsi Dmitri Peskov Baydenin şərhini dərhal qınayaraq deyib:”Moskvanın və bizim dövlətin ünvanına yönəlmiş təhdidlər misli görünməmiş bir məsələdir, çünki belə bir təhdid ABŞ vitse-prezidenti səviyyəsində səslənir”.

Məsələyə Vladimir Putin də münasibət bildirib: ”Yenilik ondan ibarətdir ki, ilk dəfədir ki, belə bir səviyyədə ABŞ təsdiq edir: birincisi – onlar bu işlərlə məşğul olurlar, ikincisi isə təhdid edirlər. Əlbəttə, bu beynəlxalq davranış normalarına uğun deyil”.

Kiber hücumlara qarşı etiraz etmək üçün çox səbəblər mövcuddur. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun keçmiş müavini Maykl Morell qeyd edib: ”Şəbəkələrə edilən fiziki hücumlar ABŞ-ın məşğul olmaq istəmədiyi məsələdir, çünki biz president yaradaraq, digər ölkələri bu işə təhrik etmək fikrində deyilik. Həmçinin də özümüzə qarşı”.

Əgər ruslar kiber hücumlara məruz qalarlarsa, onda əsas şübhələr ABŞ-a doğru yönələcək. Bu isə maraqlı dairələr üçün ABŞ və Rusiya arasında münaqişə yaratmağa əla imkan verir. Başqa yandan bu tip hücumlar, onsuzda gərilmiş münasibətləri daha da kəskinləşdirəcək.

Digər cəbhə – bu ABŞ-ın Suriya siyasətidir. 14 oktyabrda prezident Obamanın xarici siyasət üzrə işçi qrupunun iclası keçirildi. ”Röyter” agentliyinin məlumatına görə,Obamanın bəzi müşavirləri ABŞ-ın Suriya hərbi bazalarına, silah anbarlarına, Hava Hücumundan Müdafiə komplekslərinə və radiolakasiya stansiyalarına aviazərbələr vurulmasına çağırırlar. Dövlət Departamentinin 50 diplomatı bu cür variantın işə salınmasının lehinə çıxış edir. Mahiyyət etibarı ilə bu məmurlar müharibə aktını dəstəkləyirlər. Rusiya Suriyada “S-300” və “S-400” sistemləri quraşdırıb və xəbərdarlıqla bildirir ki, Suriya hökumətinə qarşı vurulan zərbə, Rusiya hərbçilərini təhlükə altına qoyacaq.

Hilları Klinton uçuşsuz zonanın yaradılmasının vacib olmasında israr edir. ABŞ Sllahlı Qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsinin sədri general Cozef Danford Konqress qarşısında çıxışında bu cür addımın özü ilə bərabər hansı problemlərin gətirəcəyini söyləyib: ”Hal-hazırda Suriyadakı hava məkanını nəzarətdə saxlamaq üçün bizim Suriya və Rusiya ilə müharibəyə başlamamız lazımdır”.

Daha qətiyyətli addımların atılmasına olan ehtiyac, Hələbin Suriya rejim gücləri tərəfindən tam olaraq ələ keçirilməsi təhlükəsi qarşısında yaranıb.

402583260

“Röyter” agentliyi məlumat verir ki, müqavimət qüvvələri onlara qarşı xəyanət olunduğu hissləri içərisindədirlər. Çünki Obama əvvəl müxalifəti Əsədin getməsi ilə bağlı üsyana həvəsləndirdi, daha sonra isə onları atdı. Suriyada vətəndaş müharibəsinin başlanmasında əsas rolu 2011-ci ildə ABŞ dövlət katibi işləyən Hillari Klinton oynamışdı.
İndi ABŞ və Rusiya arasında münasibətlərdəki gərginlik, soyuq müharibədən sonra özünün ən yüksək nöqtəsinə çatıb. Bəlkə də vəziyyəti dəyələndirmək üçün bir addım geriya atmaq lazımdır. Amma bunun əvəzinə ABŞ Quru Qoşunlarının baş qərargah rəisi Mark Milli bildirib: ”Mən bizə ziyan vurmaq istəyənlərin hamısına bir aydın fikri çatdırmaq istəyirəm: ABŞ silahlı qüvvələrində bəzi problemlərə və bizim əməliyyatların sürətinə baxmayaraq, biz sizi dayandıracağıq! Biz sizə, əvvələr heç kimin, heç zaman vurmadığı zərbələr vurarıq! Bu məsələ ilə əlaqədar heç şübhəniz olmasın”.

Şübhə yoxdur ki, M.Milli administrasiyanın icazəsi olmadan bu cür bəyanat verməz. ABŞ-ın İŞİD-ə qarşı apardığı mübarizəni nəzərə alsaq, Mark Millinin Amerikan ordusunun bacarığına olan əminliyi hədsiz nikbin görünür.

(“American Thinker”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam