Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə: çevriliş cəhdinə görə azı 35000 nəfər həbs olunub

Turkiye

 

Türkiyə iyulda çevriliş cəhdinə görə 35,000-dən çox şübhəlini həbs edib, yerli media yazır.

Xeberinfo.com:  Ədliyyə naziri Bekir Bozdağ bildirib ki, şübhəli şəxslər silahlı üsyanın yatırıldığı zamandan bəri həbs edilib.

Onlardan təxminən 26,000 nəfəri “şərti azadlığa” buraxılsa da, əlavə 3907 nəfər axtarışdadır.

İyul ayının 15-də baş vermiş çevriliş cəhdinə görə ümumilikdə təxminən 82,000 nəfər barəsində cinayət işi açılıb. Bundan başqa, hərbi, ədliyyə, polis və təhsil sahəsində çalışan on minlərlə insan vəzifədən uzaqlaşdırılıb, istefaya göndərilib və ya həbs edilib.

Həmçinin oxu:

Onlar çevriliş cəhdində ittiham edilən ABŞ-da yaşayan ruhani Fethullah Gülenin Hizmet hərəkatının üzvləri olmaqda şübhəli bilinir. 1999-cu ildən könüllü mühacirətdə yaşayan cənab Gülen ittihamları rədd edir.

İndiyə qədər bu böyük miqyasdakı təmizləmə Qərb ölkələrinin Türkiyəni qınamasına səbəb olub.

Brüssel Ankaranı qanunun aliliyi çərçivəsində hərəkət etməyə çağırıb. Türkiyə qanunvericiliyə əməl etdiyini deyir.

(bbc azəri)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam