Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməsini istəyirik”

5e673ad4cb73ceb06be52100d3ab6d1b

Bu gün Türkiyədə səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter Ankaranın Suriya və İraqdakı proseslərlə maraqlanmasının məqbul olduğunu bəyan edib.

Xeberinfo.com:  Türkiyə mətbuatına istinadən məlumata görə, E. Karter Fikri İşıqla görüşdə Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun İŞİD terror təşkilatının xüsusi önəm verdiyi Dabık qəsəbəsini azad etməsi münasibəti ilə Türkiyəni təbrik edib.

E. Karter bildirib ki, Türkiyə Suriya və İraqdan gələn milyonlarla qaçqını qəbul edib və bu sahədə böyük bir yükü üzərinə götürüb: “Türkiyənin İraq və Suriyadakı proseslərlə maraqlanması məqbuldur. Türkiyənin sərhədlərinin təhlükəsizliyini qorumaq üçün həyata keçirdiyi tədbirləri dəstəkləyirik və İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda iştirak etməsini istəyirik. Türkiyə ilə bəzən fikir ayrılıqlarımız olsa da, prinsiplərdə daim həmfikirik. Terrorizmin hər cür təzahürünə qarşı çıxmaq da bu prinsiplər sırasındadır. Eyni məqsədlərə necə nail ola biləcəyimiz üsullarla bağlı fərqli yanaşmalarımız ola bilər, ancaq iki yaxın müttəfiq olaraq hər məsələ üzərində çalışaraq bunu həll edə bilərik”.

Hərbi çevrilişə cəhd zamanı bombalanmış Türkiyə Böyük Millət Məclisini ziyarət edə E. Karter jurnalistlərə açıqlamasında deyib ki, Türkiyədə insanlar demokratiya və azadlıq üçün savaşıblar: “Dünya bu qorxunc olayın qəhrəmanlarını görüb. Bu aspektdə Türkiyənin güclü müttəfiqi olmağa, demokratiyaya dəstək verməyə davam edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam