Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DABIK VƏ SORAN İŞİD-dən AZAD EDİLDİ

turk ordu suriya

Türk Silahlı Qüvvələri tərəfindən dəstəklənən Azad Suriya Ordusu, Suriyada Dabık qəsəbəsi və Soran diyarını İŞİD-dən azad edib.

Xeberinfo.com:  Məlumata görə   , Suriyanın şimalında terror təşkilatı İŞİD üçün simvolik əhəmiyyətə sahib Dabık qəsəbəsi müxaliflər tərəfindən ələ keçirilib.

“AA” müxbirinin Azad Suriya Ordusu (OSO) komandirlərindən aldığı məlumata görə, ölkənin şimalındakı Hələb şəhəri, Soran diyarı və Dabık qəsəbəsi, terror təşkilatı İŞİD militanlarından təmizlənib.

Türk Silahlı Qüvvələrinin (TSQ) “Fərat Qalxanı” hərəkatı çərçivəsində dəstəklədiyi Azad Suriya Ordusu , Azez-Cerablus xəttində bu gün ələ keçirilən yeni bölgələrdə terror təşkilatının sıx şəkildə istifadə etdiyi əraziləri təsirsiz hala gətirməyə çalışır.

Təhlükəsizlik qaynaqları, “AA” müxbirinə verdiyi xəbərə görə, “Fərat Qalxanı” hərəkatı daxilində ən çətin mərhələnin tamamlandığı, hərəkatın davam edəcəyi bildirilib.

İŞİD-in bir nəşr orqanına adını verən Dabık, təşkilat üçün simvolik əhəmiyyətə sahibdir. Təşkilat, Dabıkda “Müsəlman olmadığına inandığı güclər”lə edəcəyi döyüşlə “qiyamət” in başlayacağına inanır.

Digər tərəfdən təşkilat, internetdə nəşr etdiyi bir jurnalında İŞİD lideri Əbubəkir Bağdadinin, “Gözlədiyimiz Böyük Dabık müharibəsi bu deyil” ifadələrinə yer vermişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam