Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mosul əməliyyatı: 7 kənd İŞİD-dən azad edildi

 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

 

 

İraqın baş naziri Heydər İbadi dövlət televiziyasında çıxış edərək Mosulda İŞİD-ə qarşı əməliyyatın başladığını açıqlayıb.  
Xeberinfo.com:   Məlumata görə, İbadi Mosulun mərkəzinə yalnız ordunun və polis qüvvələrinin girəcəyini söyləyib.
Əməliyyatda türk əsgərlərinin təlim keçdiyi 2000 sünni iraqlı da iştirak edəcək. Əməliyyat çərçivəsində artıq biri Başehrə kəndi olmaqla 7 kənd İŞİD-dən təmizlənərək peşmərgə qivvələrinin nəzarətinə verilib.
Əməliyyatlarda 15 – 18 min arası peşmərgə qüvvəsinin iştirak etməsi gözlənilir. 11 saat davam edən iclasdan sonra gecə saatlarında başladılan və Bağdad, Ərbil və koalisiya qüvvələri tərəfindən həyata keçirilən Mosul əməliyyatının 5 mərhələdən ibarət olacağı bildirilir.
Əməliyyatın ilk mərhələsinin 48 saat, şərtlərin yerinə yetəcəyi təqdirdə ikinci mərhələnin də 6 gün davam etməsi ehtimal olunur.
Sabiq Mosul valisi və Ninova Keşikçilərinin komandiri Asil Nuceyfi Türkiyə ordusunun təlim keçdiyi sünni mosullulardan ibarət qrupun əməliyyatda iştirak edəcəyini açıqlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam