Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Qərbi Mosulun 2 yaşayış məntəqəsi azad olundu -İŞİD-ə qarşı əməliyyat

İraqın hökumət qüvvələri Qərbi Mosulun girəcəyində yerləşən iki yaşayış məntəqəsini və mərkəzi elektrik stansiyasını öz nəzarəti altına götürüb.

Xeberinfo.com:   Bu barədə şəhərin İŞİD terror qruplaşmasından azad olunması üzrə əməliyyatların komandanı Əbdül Əmir Yaralla məlumat verib.

"Bu gün səhər federal koalisiya bölmələri Mosul ilə Bağdadın arasında yerləşən Əl-Azba kəndini və Hamam-əl-Alilyədən Mosula gedən yolun üzərindəki Əl-Lazaka kəndini azad ediblər", - deyə "Al Sumaria" telekanalı onun sözlərini sitat gətirib.

Xatırladaq ki, İraqın baş naziri Heydər əl-Abadi bir qədər əvvəl 750 min əhalisi olan Qərbi Mosulun İŞİD-dən azad olunması üzrə əməliyyatlara başlandığını elan etmişdi.

*   *   *09:58

İraqın baş naziri Heydər əl-Abadi Mosulun qərb hissəsinin İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başladığını bildirib.

Bu barədə "France Presse" xəbər verib.

Qeyd olunur ki, şəhərin qərb hissəsi silahlıların nəzarəti altındadır. İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar.

"Baş nazir Mosulun qərb hissəsinin azad edilməsi uğrunda əməliyyatın başlanması barədə bəyan edib", – deyə agentlik baş nazirin mətbuat xidmətinin məlumatından sitat gətirib.

Mosulun şərq hissəsi ötən ilin oktyabrında İŞİD-dən azad edilib.

Əməliyyatın gedişində evlərini tərk etmiş 190 min şəhər sakinindən 30 minə yaxını artıq evlərinə qayıdıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam