Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəsmi Ankara xəbərdarlıq etdi, İraq hökuməti PKK-ya 10 gün vaxt verdi:"Buradan çıxın"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İraqın baş naziri Heydər əl İbadi ilə görüşdən sonra "PKK Mosulun Sincar rayonundan çıxmalıdır. Yoxsa İraqdakı seçkidən sonra orada hərbi əməliyyata başlayacağıq"bəyanatı rəsmi Bağdadı hərəkətə gətirib.

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, bu gün İraq Mərkəzi Hökuməti ilə Mosul şəhər Məclisi birgə toplantı keçirib. 

Toplantıdan sonra Mosul məclisinin sədri Bəşir Kiki açıqlama verib.

O, bildirib ki, İraq mərkəzi hökuməti ilə birlikdə keçirilən toplantıda PKK-nın Sincar rayonundan çıxarılmasına qəti qərar verilib: "Sincarda dövlət binalarını əlində saxlayan və bununla da idarəetməni iflic vəziyyətinə gətirən PKK-ya buranı tərk etməsi üçün 10 gün vaxt verdik. PKK-nın bu rayonda qalması mümkün deyil. Onlara görə məmurlar da vəzifələrini icra edə bilmirlər. PKK ilə bağlı Mosul məclisinin və İraq hökumətinin mövqeyi qətidir. Təkrar edirəm, PKK-nın buradan çıxması lazımdır. Bunun üçün iş başındayıq və bütün addımları atmalıyıq".

Xatırladaq ki, 3 avqust 2014-cü ildə İŞİD-in Mosula hücum etməsini bəhanə edən PKK Sincara yerləşib. Kürdlərin referendumundan sonra isə İraq hökuməti Mosul və ətraf bölgəyə hərbi qüvvə yeridib. O zaman Kürd Muxtar Vilayətinə bağlı olan peşmərgələr Sincar və ətrafındakı ərazilərdən geri çəkildi. Bunu fürsət bilən PKK-ya bağlı olan terrorçular Sincardakı qüvvələrini daha da artıraraq, dövlət idarələrinə qədər bir çox yerləri zəbt ediblər. O vaxtdan PKK Sincarda daha da möhkəmlənərək, oradan türk birliklərinə qarşı terror havası əsdirməyə başlayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam