Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Putinin Kabayevadan olan uşaqları ilk dəfə görüntüləndi - FOTOLAR

Tanınmış rus gimnast, Rusiya Dövlət Dumasının keçmiş deputatı Alina Kabayeva uzun müddətdən sonra ictimaiyyət arasında görünüb. 

Xeberinfo.com:   Kabayeva barmağındakı nişan üzüyü və yanındakı iki azyaşlı oğlanla bütün diqqətləri özünə çəkib.

Britaniyanın «Daily Mail» nəşrinin iddiasına görə, bu oğlanlar Rusiya prezidenti Vladimir Putinlə Kabayevanın uşaqlarıdır.

Qəzet yazır ki, Putinlə yaxın əlaqələrinə görə 2008-ci ildən medianın gündəmində olan 33 yaşlı Kabayeva Moskvadakı «Meqasport» sarayına buz şousunu izləməyə gəlib.

Kabayeva bütün tədbir boyu nişan üzüyünü gizlətməyə çalışsa da, fotoqraflar bu maraqlı detalı gözdən qaçırmayaraq lentə alıblar.

Kabayevanın deputatlıq fəaliyyəti 2014-cü ilin sentyabrında başa çatıb. Bundan sonra o, «Milli Media Qrup»da Direktorlar Şurasının sədri postunu tutub.

Bir neçə il əvvəl İsveçrə mətbuatı Kabayevanın xarici klinikaların birində Putindən övladının dünyaya gəldiyi barədə məlumat yaymışdı. Kreml isə bu məlumatı təkzib etmişdi.

Vladimir Putinlə həyat yoldaşı Lyudmila Putina 2013-cü ildə rəsmi şəkildə ayrılıblar. Bunun ardınca Putin şəxsi həyatı ilə bağlı açıqlama verərək bu istiqamətdə yeni planlarının olduğunu bildirib.

Lyudmila Putina isə bu ilin yanvarında yenidən ailə həyatı qurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam