Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünya liderləri Şimon Peresin dəfn mərasiminə toplanır

peresOnlarla dünya lideri Şimon Peresin, ölkəni quran atalardan birinin dəfn mərasiminə qatılmaq üçün İsrailə toplanır.

Xeberinfo.com:   Çərşənbə günü, 93 yaşında dünyasını dəyişən cənab Peresin rəsmi dəfn mərasimi cümə günü baş tutacaq.

Hazırlıq çərçivəsində görülən kütləvi təhlükəsizlik əməliyyatı bir neçə nəfərin “profilaktik həbsinə” gətirib.

Qonaqlar arasında 2010-cu ildən bu yana İsrailə ilk dəfə səfər edəcək Fələstin lideri Mahmoud Abbas da var.

Cənab Abbas Fələstin Liberal Təşkilatının danışıqlar aparan nümayəndəsi kimi 1993-cü ildə, Osloda sülh sazişini imzalayanlardan biri olub və bu sazişə görə bir il sonra cənab Peres, Yasser Arafat və Yitzhak Rabin-lə birlikdə Nobel Sülh mükafatı aldı.

Fələstinin yüksək çinli rəsmisi Associated Press xəbər agentliyinə deyib ki, cənab Abbas bu addımı ilə “İsrail cəmiyyətinə güclü bir mesaj göndərmək istəyir ki, fələstinlilər sülhə həmişə hazırdır və Şimon Peres kimi sülhsevər insanların səylərini dəstəkləyir”.

Hazırda Gaza ərazisini idarə edən Fələstinin radikal Hamas təşkilatının sözçüsü cənab Abbasa çağırış edərək deyib ki, “o, kriminal Şimon Peresin dəfn mərasiminə qatılmaq qərarından dönməlidir”.

Ən böyük mərasim

Cənab Peresin reputasiyası 1996-cı ildə, Livanın cənubunda yerləşən Qananı atəşə tutan zaman BMT-yə məxsus lagerdə sığınan 100 nəfərin ölümü hadisəsindən sonra pisləşib.

Bu hadisə o, baş nazir olan vaxtı baş vermişdi. Bir qədər sonra o demişdi ki, bir neçə yüz insanın həmin lagerdə olması “acı sürpriz” idi.

Yaxın Şərq ölkələrindən yalnız İordaniya dəfn mərasiminə qatılmaq üçün rəsmi nümayəndəsini göndərir.

Barack Obama dəfn mərasiminə qatılmaq üçün cümə axşamı İsrailə yola düşübBarack Obama dəfn mərasiminə qatılmaq üçün cümə axşamı İsrailə yola düşüb

Cənab Peresin 3 uşağı, İsrailin baş naziri və prezidenti ilə yanaşı ABŞ prezidenti Barack Obama da mərasimdə çıxış edəcək.

Cənab Peres dəfn mərasiminin detallarını dünyasını dəyişməzdən öncə deyib. Onun cənazəsi Yerusəlimdə parlament binasının qarşısında qoyulub.

Dəfn mərasiminə Böyük Britaniyadan Prince Charles, xarici işlər naziri Boris Johnson və sabiq baş nazir Tony Blair qatılacaq. Bununla yanaşı, Avropa Şurası, Fransa, Almaniya, Latviya, Litva, Meksika, Polşa və Rumınya prezidentləri, o cümlədən BMT rəhbəri Ban Ki-moon da mərasimə qatılanlar sırasındadır.

İsrail polisi deyib ki, təhlükəsizlik əməliyyatına 8000 əməkdaş cəlb olunub və dəfn mərasimində əlavə minlərlə əməkdaşın cəlbi gözlənilir.

Dəfn mərasiminin 1995-ci ildə qətlə yetirilən baş nazir Yitzhak Rabin-in dəfnindən sonra İsraildə baş tutacaq ən böyük mərasim olacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam