Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiya dünya düzəninə zərbə vurur” - ABŞ müdafiə naziri

KarterABŞ-ın Müdafiə naziri Ash Carter Rusiyanı dünya düzənini sarsıtmaqda suçlayıb və deyib ki, Vaşinqton «demokratik prosesimizə müdaxilə cəhdlərini» gözardı etməyəcək.

Xeberinfo.com:   Bu barədə «The Wall Street Journal» dərgisində Paul Sonne yazır.

DOLAYISI XƏBƏRDARLIQ

ABŞ-da siyasi qurumlara, eləcə də Demokratlar Partiyasına haker hücumları arxasında Rusiyanın durması barədə ittihamlar səslənir. Ash Carter birbaşa bu barədə danışmayıb. Amma istənilən halda, dedikləri dolayısıyla Kremlə xəbərdarlıq kimi səslənib.

Böyük Britaniyada Oksford Universitetində tələbələr qarşısında çıxış edən Carter deyib: «Rusiyanın timsalında düşmən axtarmırıq. Amma səhv etməyin: müttəfiqlərimizi, prinsiplərə söykənən beynəlxalq düzəni, bu düzənin hamımıza yaratdığı pozitiv gələcəyi müdafiə edəcəyik. Kollektiv təhlükəsizliyimizi sarsıtmaq cəhdlərinə qarşı dayanacağıq. Demokratik prosesimizə müdaxilə cəhdlərini gözardı etməyəcəyik».

CLINTON DA RUSİYANI SUÇLAMIŞDI

Bir müddət öncə demokratlardan prezidentliyə namizəd Hillary Clinton deyirdi ki, kiberhücumların arxasında Rusiya dayana bilər, məqsəd də prosesi onun rəqibi, respublikaçı Donald Trump-ın xeyrinə yönəltməkdir.

Rusiya bu ittihamları rədd edib. Kremlin sözçüsü Dmitry Peskov Rusiyanın haker hücumuna sponsorluq etməsiylə bağlı iddiaları «absurd» adlandırıb.

Bu yay Demokratlar Partiyasının qurultayından öncə «WikiLeaks» partiyanın gizli yazışmalarını yaydı. Həmin yazışmalarda partiya rəsmilərinin namizəd kimi senator Sanders-ə deyil, Clinton-a üstünlük verdiyi görünürdü. Sonucda Demokratik Milli Komitənin sədri Debbie Wasserman Schultz istefa verdi. Amma eyni zamanda Rusiyanın ABŞ-da seçki prosesinə müdaxilə etməsi ittihamları da geniş yayıldı.

Müəllif qeyd edir ki, Carter-in bu bəyanatı verdiyi dönəmdə Vaşinqtonla Moskva Suriyada atəşkəslə bağlı danışıqlar aparırlar. Prezidentlər Barack Obama və Vladimir Putin bazar ertəsi Çində G20 sammiti çərçivəsində bu məsələni müzakirə ediblər.

İNDİDƏN ŞÜBHƏ EDİRLƏR

ABŞ Suriya Zəfər Cəbhəsinə qarşı hücumları koordinasiya etməyi irəli sürüb. Bu qruplaşma «ən-Nusra Cəbhəsi» adıyla tanınıb və «əl-Qaidə»yə bağlıdır. Koordinasiya əvəzində Suriya ordusu hava zərbələrini dayandırmalıdır. Ancaq Obama Rusiyayla belə bir razılaşmaya gəlinəcəyinə skeptik yanaşdığını da söyləyib.

Elə Ash Carter də sentyabrın 7-dəki çıxışında oxşar şübhəni dilə gətirib. Deyib ki, ABŞ diplomatları Rusiyanı sınağa çəkir – Moskva Suriya hökumətinə təsir göstərə, vətəndaş müharibəsinə son qoymaqdan ötrü siyasi keçidə razı sala biləcəkmi?

«Bu gün Suriyadan gələn xəbərlər ümid oyatmır. Seçim Rusiyanındır, daha sonra olacaqlara görə də məsuliyyəti o daşıyır», – Carter deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam