Çinlilər ABŞ prezidenti Donald Trampın "it ili"ndə doğulmasını fürsətə çeviriblər.
Yenixeber.org: Xarici KİV-ə istinadən xəbərə görə Çin təqviminə görə 2018-ci il "it ili"dir. Trampın 1946-cı ildə, yəni "it ili"ndə doğulması çinlilərin nəzərindən qaçmayıb. Bunu fürsətə çevirən çinlilər 26 fevral 2018-ci il tarixdə qeyd olunacaq "it ili" üçün indidən Trampla bağlı kampaniyalar həyata keçirməyə başlayıblar. Belə ki, Çinin şimalındakı Şansi əyalətinin Taiyuan şəhərində ticarət mərkəzlərinin biri yolkaların arasına böyük bir Tramp heykəli qoyub. Maraqlısı budur ki, heykəl Trampdan daha çox itə bənzəyir. Lakin burada Trampı ifadə edən saç forması, havaya qaldırdığı şəhadət barmağı və qırmızı qalstuku olduğu kimi saxlanılıb.
Xatırladaq ki, ötən il də həmin ticarət mərkəzi Trampın görünüşünü əks etdirən böyük bir xoruz heykəli hazırlamışdı. Görünür Tramp Çinin bu əyalətində bərəkət rəmzi hesab olunmağa başlayıb.
Qeyd edək ki, indiyə qədər heç bir ABŞ prezidenti çinlilər tərəfindən bu qədər məsxərəyə qoyulmayıb.(qaynarinfo)
Çingiz