Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Amerikalı milyarder Formula 1-in səhmlərini alır

formula

 

ABŞ milyarderi Con Melouna məxsus “Liberty Media” şirkəti Formula 1 səhmlərinə nəzarət paketini 8,5 milyard dollara əldə etməyə yaxındır.

 

Xeberinfo.com:  “Auto motor und sport”a istinadən məlumata görə, şirkət gələn həftə səhmlərin alınması üçün ilk ödənişi etməlidir.

Formula 1-in əsas səhmdarı CVC Capital fondudur. O, səhmlərin 35,5 faizinin sahibidir. “Liberty Media”nın “kral yürüşləri”nin səhmlərini nəinki “CVC Capital”dan, hətta digər səhmdarlardan da almaq istədiyi bildirilir. Nəşr yazır ki, çempionat mərhələlərinin təşkilatçıları üzərindən maliyyə yükünü götürmək üçün şirkət Formula 1-in marketinq modelini dəyişdirmək istəyir. Habelə, şirkət Formula 1 səhmlərini Nyu-York fond birjasında yerləşdirmək niyyətindədir.
Mümkün dəyişikliklərlə əlaqəda Berni Ekklstoun Formula 1-in baş promouteri vəzifəsindən məhrum ola bilər. Onun yerini elektromobillərdə Formula E yürüş seriyasının rəhbəri Alexandro Aqaqın tutacağı deyilir.
Qeyd edək ki, Formula 1 üzrə Avropa Qran Prisi 17 – 19 iyunda Bakıda keçiriləcək. Müqaviləyə əsasən, Azərbaycan paytaxtı daha 4 il ərzində bu yarışları qəbul edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam