Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİN, OBAMANI YENİDƏN TƏXRİBATA ÇƏKİR

putin-erdogan-obama

Xeberinfo.com:   Beş il ərzində Suriyada gedən vətəndaş müharibəsində, Rusiya və ABŞ adlı “oyuncaqoynadanlar”, birbaşa qarşıdurma riskinə heç zaman bu qədər yaxın olmayıblar. Keçən həftənin ortalarında Suriya aviasiyası münaqişənin başlanmasından indiyədək birinci dəfədir ki, ölkənin şimal-şərqindəki kürd mövqelərini bombalayıb. Həm də ki, il ərzində rusiyalıların aktiv şəkildə hərbi fəaliyyətlərdə iştirakından indiyədək, Suriya aviasiyası onların razılığı və ya əməliyyat dəstəyi olmadan bircə uçuş da həyata keçirməyiblər.

Amerikanlar isə Suriya və İrqdakı kürdlərə, artıq birinci ay deyil ki, kömək göstərdiklərini gizlətmirlər. Hərçənd ki, onların hərbi məsləhətçiləri birbaşa döyüşlərdə iştirak etməsələr də (sadəcə olaraq fakt yoxdur), ancaq onlar İŞİD cihadçılarına qarşı mübarizədə özlərini möhkəm döyüşçülər kimi göstərən kürd əsgərlərinin daima yanında olurlar. Beləliklə, onların mövqelərinə vurulan zərbə təxirəsalınmadan Amerikan güclərinin İncirlik bazasında döyüş hazırlığına gəlməsi və qırıcı-bombardmançıların həmin zonaya göndərilməsi deməkdir.

Kürd mövqeləri bombalandıqdan sonra Suriya təyyarələri geri qaydanda, amerikanlar hadisə yerinə gəliblər. Onlar arasında hər hansı bir toqquşma və hətta radio əlaqə də olmayıb. ABŞ silahlı qüvvələrinin regiondakı rəsmi nümayəndəsi Djeff Devis qeyd edib ki, Amerika hərbçilərindən heç kim xəsarət almayıb, lakin vəziyyət çox “qaynar”olub. Aviazərbələr nəticəsində 41 nəfər ölüb ki, onların da 25 nəfəri dinc sakinlərdir.

- Türkiyədə dayaq nöqtəsi

Bu təhlükəli oyun və soyuqqanlı oponentin sınağı, amerikanların ünvanına hazırlanmış növbəti Putin təxribatıdır. Ancaq Rusiya inandırmaq istəyir ki, baş verənlərlə heç bir əlaqəsi yoxdur. Məsələ ondan ibarətdir ki, ruslar Türkiyədə dayaq nöqtəsi əldə etmək istəyiblər. Bu dayaq nöqtəsi də, məhz Suriya sərhəddindən 100 kilometr uzaqda yerləşən NATO-nun İncirlik bazasıdır. Hal-hazırda ABŞ Hərbi Hava Qüvvələrinin 39-cu batalyonu bu bazadan Suriyadakı İŞİD mövqelərinə hava zərbələri vurmaq üçün istifadə edir. Bundan başqa bu baza şərqdən gələ biləcək təhlükəyə qarşı strateji rol oynayır. Orada əlliyə yaxın nüvə raketi yerləşir.

Bir rusiyalı senator qeyd edib ki, Suriyaya yaxın məsafədən zərbə endirmək üçün Moskvaya yalnız Ərdoğanın razılığı çatışmır. Ən qorxulusu isə, bu sözlərin həqiqətə çevrilməsidir və biz Rusiya təyyarələrini NATO bazasında görə bilərik. Türkiyə və ABŞ arasındakı razılaşmaya əsasən, İncirlik bazası iki ölkənin müştərək idarəetməsi altındadır. Ankaranın ABŞ təyyarələrinin sayına və onların həyata keçirdikləri tapşırıqlara məhdudiyyət qoymaq hüququ var. Belə ki, Ərdoğan yalnız keçən ilin yayında ABŞ Hərbi Hava Qüvvələrinə bu bazadan İŞİD-ə qarşı zərbə vurmağa icazə verib.
Bu yaxınlarda Türkiyə prezidenti Rusiya ilə yaxınlaşma istiqamətində kəskin dönüş edib və o, Fətullah Güləni almaqdan ötrü, bu yaxınlaşmadan amerikanları qısqandırmaq üçün istifadə etməyə çalışır. Həqiqətən də Ərdoğanın bu addımları Obamanı yenidən alçatmaq üçün Putinə bir hədiyyə ola bilər. Əlbəttə, şübhəsiz ki, əgər Obama “dişli” olduğunu göstərməzsə.

(Le Point-Fransa)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam