Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

UKRAYNA ƏTRAFINDA TƏHLÜKƏLİ OYUN – Putin yeni müharibəyə hazırlaşır!

2016-08-12-11-19-15kr

 

Putin Ukraynaya qarşı ildırımsürətli kiçik müharibəyə hazırlıqmı görür? Buna işarə edəcək bir sıra hadisələr göstərmək olar.

Xeberinfo.com:   Rusiya prezidenti Ukraynanın ünvanına kəskin hücümla çıxış edərək, onları Rusiya vətəndaşlarının ölümü ilə nətəcələnmiş Krıma qarşı terror aktlarının təşikilində ittiham edib. Eyni zamanda o, Ukraynanın şərqindəki qarşıdurmanın həll edilməsi ilə bağlı Avropa siyasətçilərinin iştirakı ilə keçiriləcək sülh danışıqlarından da imtina edib.

Həmçinin Krım istiqamətində kütləvi ordu birləşmələrinin hərəkəti və Ukraynanın cənub-şərqindəkı Luqanskda döyüşlərin getdiyi barəsində məlumatlar daxil olur. Məlumatlarda, həmçinin Rusiya vertolyot və dronlarının (pilotsuz uçuş aparatları) Ukrayna ilə kəsişən Krım sərhəddi boyunca uçduqları da görünür. ATƏT müşahidəçiləri yaddan çıxmış bu müharibədəki şərqi-Ukrayna cəbhəsi boyunca xeyli insan itkisi ilə müşayiət olunan döyüşlərin getdiyini bildirirlər.

Ukrayna hökuməti Krımda baş verənlərin təşkilatçısı olduqları iddiasını qətiyyətlə rədd etməklə yanaşı, Putini hərbi münaqişəyə başlamaq üçün bəhanə axtarmaqda ittiham edirlər.

Bəli, hadisələr qorxuludur.

Avqust ayında Qərb ölkələrindəki hökumətlərin iş otaqlarının yarısı boş olur, ona görə ki, avqust böyük tətil ayıdır. Əgər biz dönüb geriyə baxsaq, onda görərik ki, bir çox təcavüzkar hadisələr məhz avqust ayında baş verib. Berlin divarı 1961-ci ilin avqustunda tikilib, Çexoslovakiyaya müdaxilə 1968-ci ilin avqustunda həyata keçirilib, Moskvada çevriliş 1991-ci ilin avqustunda olub, Gürcüstana hücum da 2008-ci ilin avqustunda başlamışdı.

Xüsusən səkkiz il bundan əvvəl Gürcüstan ilə qısa müharibə ətrafındakı şərait, bariz şəkildə indiki vəziyyəti yada salır. Onda da Qərb siyasətçilərinin bir hissəsi tətildə idilər. Eyni zamanda da KİV-lərin diqqəti Pekində keçirilən olimpiya oyunlarına yönəlmişdi. ABŞ-ı isə qızğın seçki kampaniyası bürümüşdü.

Hal-hazırda səkkiz il bundan öncə olduğu kimi bütün kərpiclər yerindədir. Hələlik hadisələrin inkişafı çox yaxşı tanış olan sxem üzrə gedir. Ukrayna Rusiya tərəfindən təxribatçı hərbi fəaliyyətlərdə ittiham olunur (vaxtilə Gürcüstan da Cənubi Osetiya separatçılarını durdurmağa cəhd etmişdi) və hər şey Rusiya ordusunun kütləvi hərəkətlənmsi ilə üst-üstə düşür. Səkkiz il bundan əvvəl Gürcüstanın şimalında hərbi təlimlər keçirilirdi və sonradan bu təlimlər Gürcüstana qarşı hərbi müdaxilə ilə nəticələndi. Bu gün isə yüzlərlə tankın iştirak edəcəyi böyük miqyaslı “Qafqaz 2016” hərbi təlimlərinə hazırlıq gedir.

Həm də ki, təxminən bir aydan sonra Rusiyada parlament seçkiləri keçiriləcək. Putin müxalifətin bu seçiklərdə iştirakını çətinləşdirməyə çalışıb. Rusiyalılara hər gün əzab verən və aparıcı “Vahid Rusiya” partiyasını zəiflədən iqtisadi problemlər barəsində vətəndaşların düşünməməsindən ötrü, ”xaricdən sırınmaq istənilən” müharibəyə qarşı, vətənpərvər dəstək üçün əhalini bir yerə toplamq daha rahatdır.

Ukraynaya hücum etmək təbii ki, xeyli məsrəfli olacaq. Çünki gürcülərlə müqayisədə ukraynalılar çox güclü müqavimət göstərəcəklər. Avropa Birliyindəki Putin tərəfdarları üçün sanksiyaların ləğv edilməsi çətinləşəcək. Hazırda bu sanksiyalar 2017-ci ilin yanvarına kimi uzadılıb.

Bax, bugünlərdə Kremli bu məsələlər düşündürür. Bu, çox təhlükəli oyundur.

(“Berlingske”-Danimarka)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam