Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezidentdən 5 rayon anonsu

Ərdoğandan 5 rayon anonsu – Ermənistanla sərhədlər açılır?

 

         Bakı və Peterburq görüşlərindən sonra şifrəli mesajlar; Türkiyə lideri Qarabağ məsələsinin həllinin yeganə formulunu və şərtini dedi; Ankara-Bakı-Moskva üçtərəfli əməkdaşlıq formatı sülh prosesini daha da sürətləndirə bilər, əgər...

   Xeberinfo.com: Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi Güney Qafqazın ən üzücü konflikti olan Qarabağ məsələsinin həlli ilə bağlı yeni bir inam situasiyası yaradıb. Prezidentlərin Bakıda və Sankt-Peterburqdakı yüksək səviyyəli görüşlərində Qarabağ mövzusunun da aparıcı olması bu yöndə ümidləri artırıb. 

Həm prezident Putin səviyyəsində, həm də onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü çərçivəsində Qarabağ mövzusuna da diqqət ayırması, ardınca Putinin Sərkisyanı daha çox Qarabağa görə Moskvaya çağırması problemin çözümü yönündə doğrudan da yeni bir siyasi-diplomatik həmlənin olacağına inamı artırıb. Yeni maraqlı gəlişmələr də yox deyil.
 
“Qarabağ münaqişəsinin həllində irəliləyiş var”. Bunu prezident Ərdoğan Peterburq səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib. Öncə o, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatından söz açıb: “Bu məsələyə Azərbaycan kimi, Rusiya da müsbət yanaşıb. Rusiya-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatı var. Türkiyə xarici işlər naziri Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlıq formatının qurulması ilə bağlı azərbaycanlı həmkarı ilə danışıb. Biz də Rusiya prezidenti Vladimir Putinlə bunu müzakirə etdik. Məqsədimiz bölgədə siyasi hadisələri yerində, yaxından izləməkdir. Hazırda bölgədə Qarabağ problemi var. Bu məsələnin həllində Türkiyənin üzvü olduğu ATƏT-in Minsk Qrupu daha fərqli nəticələr əldə edə bilərdi. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədridir. Lakin onlar 23-24 ildir bu problemi hələ də həll edə bilməyib, yaxud həll etmək istəməyiblər. Təbii ki, işğal var. Bu işğalı hamı qəbul edir. Madam ki, işğal var, onda buna niyə son qoyulmur? Hazırda münaqişənin həlli prosesində bəzi irəliləyişlər mövcuddur. Putin bu məsələnin üzərinə gedir. Azərbaycan prezidenti İlham Əliyev də bunu mənə bildirdi. 5 rayon azad edilərsə, problemlər sözün əsl mənasında rahatlıqla həll ediləcək, regionda normallaşma prosesi başlaya bilər”.
*** 
Qardaş ölkə basçışının məhz Putindən sonra belə bir açlıqlama verməsi əslində münaqişə ətrafında yeni bir durumun yaranmaqda olduğunun təzahürü sayıla bilər. Artıq bir müddətdir Ankara və Moskvanın barışdan sonra Qarabağ məsələsinin həllinə də birgə təkan verəcəkləri barədə fikirlər, rəylər səslənir. 
Bu arada Türkiyənin nizamlama prosesinə daha fəal şəkildə qoşulmasında maraqlı olması haqda bəzi Rusiya rəsmilərinin də açıqlamaları olub. Xarici işlər naziri Sergey Lavrovun sonuncu İrəvan səfəri ilə bağlı isə Rusiyadakı mötəbər nəşrlərindən biri yazmışdı ki, nazirin erməni rəsmiləri ilə qapalı görüşündə Türkiyə-Ermənistan sərhədlərinin açılması da müzakirə mövzusu olub.   
 
Bir çox təhlilçilər də ehtimal edirlər ki, Rusiya-Türkiyə yaxınlaşması o dərəcəyə çata bilər ki, Ermənistanı da öz ağuşuna ala, yaranmış əlverişli siyasi atmosfer fonunda  qapalı sərhədlər açıla və Dağlıq Qarabağ ixtilafı xeyli dərəcədə aradan qalxa bilər. Bu qənaətin xeyrinə işləyən daha bir reallıq ondan ibarətdir ki, aprel döyüşlərindən sonra məhz V.Putin Qarabağ məsələsində faktiki, əsas söz sahibinə çevrilib. 
Rusiyanın Qarabağ probleminə təsiri onsuz da güclüdür. Amma indi bu imkanı, şansı, nəhayət, maddiləşdirmək zamanı çatıb. Aydındır ki, Moskva səmimi şəkildə istəsə, buna asanca nail ola, bölgədə kommunikasiyalar açıla, iqtisadi əməkdaşlıq vüsət ala bilər. Bu isə Kremlin Avrasiya layihələri ilə bağlı planlarına da cavab verir. Çünki o halda nəinki Azərbaycanın, hətta Türkiyənin də Avrasiya İqtisadi Birliyinə qoşulması reallaşa bilərdi. Paralel surətdə Ermənistanın Azərbaycan vasitəsilə Rusiya ilə iqtisadi əlaqələri bərpa olunardı. 
        
*** 
Bu xüsusda Ermənistan prezidentinin son Moskva səfəri və onun nəticələri də diqqət çəkir. Xəbər verildiyi kimi, görüşdə Serj Sərkisyan öncə rusiyalı həmkarına Qarabağ məsələsində göstərdiyi “siyasi və diplomatik səylərə görə” minnətdarlıq edib. “Əlbəttə ki, olduqca vacibdir ki, əldə olunan anlaşmalar həyata keçirilsin. Biz buna hazırıq” - Sərkisyan deyib. 
“Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinin real həllini istəyir”. Bunu isə Rusiya prezidenti deyib. Putin vurğulayıb ki, Rusiya İrəvanla Bakı arasında gərginliyin azalmasında maraqlıdır və kompromisin əldə olunması üçün həll yollarının axtarılmasında yardımını davam etdirəcək.
 
“Rusiya öz qonşuları arasında yaranmış gərgin münasibətin aradan qaldırılmasında maraqlıdır. Biz ATƏT-un Minsk Qrupu çərçivəsində münaqişənin həll yolunun tapılmasında və İrəvanla Bakı arasında birbaşa əlaqələrin yaradılmasında köməyimizi davam etdirəcəyik” - Kreml başçısı vurğulayıb. 
*** 
Göründüyü kimi, Rusiya lideri də diplomatik səylərin artırılmasının vacibliyini dərk edir. İstisna deyil ki, “Lavrov sənədi” və ya “Kazan formulu” adlanan həll variantı da buna hesablanıb. Bu sənəd haqda kifayət qədər yazılıb. Onun məğzində ən azından 5 rayonun qeyd-şərtsiz azad edilməsi və ardınca bölgədə kommunikasiya xətlərinin, sərhədlərin, on cümlədən də Türkiyə ilə sərhədlərin açllmasını nəzərdə tutur. 
 
Heç sübhisiz, Peterburqda bağlı qapılar arxasında 2 saat çəkən görüşdə iki prezident - Putin və Ərdoğan bu məqama da diqqət yönəldib. Həmçinin hörmətli Ərdoğanın səfərdən dərhal sonra 5 rayondan söz açması belə görünür, boşuna deyil. Ankara-Bakı-Moskva üçtərəfli əməkdaşlıq formatı isə sülh prosesini daha da sürətləndirə bilərdi - bir şərtlə ki, işğalçı ölkə nəhayət, Rusiyanın təzyiqi ilə konstruktiv mövqeyə köklənsin. Rusiya buna ciddi şəkildə çalışacaqmı? Qarşıdakı həftələrdə bu suala yəqin ki, dolğun cavab tapılacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam