Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Obama, Pentaqon və ABŞ-ın xəfiyyə xidmətləri Ərdoğanın ölümünü görmək istəyirdilər” - Sensasiyalı iddia

darbeciler

 

Xeberinfo.com:   “Aydındır ki, 15 iyul çevriliş ssenarisi əsasən Türkiyənin cənub-şərqində yerləşən İncirlik hava bazasında hazırlanıb. 1,400 Amerika hərbi qulluqçusuya və yüzlərlə ona bağlı işçilərə qoynunda yer verən bu baza ABŞ-ın İraq və Suriyaya qarşı keçirdiyi hava hücumlarının mərkəzi deyil, təkcə. Eyni zamanda Amerikanın Avropadakı ən geniş nüvə silah anbarı olan İncirlikdə sayı 90-a qədər və hər biri Xorosimaya atılandan on qat daha dağıdıcı bir gücə sahib olan B-61 taktiki nüvə silahları var”.

Bu sensasiyalı məlumatı Dünya Sosialistlərinin yayın orqanı olan wsws.org yazarı Bill Van Auken qələmə alıb.

“New York Times” qəzetinin Türkiyədəki çevriliş cəhdində Amerika barmağı olduğunu məntiqsiz arqumentlərlə əsaslandırdığına həsr olunmuş yazıda müəllif daha sonra bildirir:

“Çevriliş cəhdi uğursuzluğa düçar olduqdan sonra bu təşəbbüsdə mühüm bir rol oynayan və Pentaqonla yaxın əlaqələri olan baza komandiri amerikalı həmkarlarından sığınma tələb edib. Əgər Mərkəzi Kəşfiyyat İdarəsi və digər Amerika xəfiyyə təşkilatları Pentaqon hərbçilərinin burnunun dibində hazırlanan çevriliş təşəbbüsü haqqında heç bir şey bilmirdilərsə, bu, Amerika tarixindəki ən böyük kəşfiyyat fiyaskolarından biridir”.

Ərdoğanın istirahət etdiyi hotelə gələn hərbi sui-qəsd qrupunun hücumundan qıl payı qaçmasının yeganə səbəbinin Rusiya kəşfiyyatının hazırlanan plan barədə onu əvvəlcədən xəbərdarlıq etməsiylə bağlı olduğunu xatırladan müəllif İncilikdəki ABŞ ordusunun bundan xəbərsizliyinə inanmır və haqlı olaraq soruşur:

“Məntiqlə, Amerikan ordusunun uzun illərdən bəri fəaliyyət göstərdiyi bir ölkədə kəşfiyyat qabiliyyətinin rus həmkarlarından çox daha üstün olması lazımdır. MKİ və Milli Təhlükəsizlik Agentliyinində (MTA) bu məlumatın eynisi və hətta daha təfsilatlısı yox idimi, yəni?

Onların Ərdoğana bənzər bir xəbərdarlıq etməməsinin yalnız bir səbəbi ola bilər: Obama, Amerika ordusu və kəşfiyyat xidmətləri Tayyib Ərdoğanın ölümünü görmək istəyirdilər.

 

Bəs, Nüvə bombaların istiqamətinin əl-Qaidəyə, İŞİD-ə və ya digər bir bənzər qruplaşmaya qarşı çevrildiyi bir yerdə İslamçılar çevriliş etsəydiər, nə olacaqdı? Belə bir fiyasko MTİ başçısı Cohn Brennan, Admiral  Maykl Rogers, MTA sədri və digərlərinin istefası anlamına gələcəkdi”.

15 iyul hadisəsindən sonra bu istefaların yaşanmadığını bildirən müəllifə görə, bu fakt da çevriliş təşəbbüsündə ABŞ-ın barmağı olduğunu təsdiqləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam