Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SUPER GÜCƏ İNANMAQ OLARMI?


 

15 iyul 2016-cı il tarixdə Türkiyə Respublikasında baş vermiş hərbi çevriliş barədə müxtəlif xəbərlər, rəylər, təhlillər və görkəmli siyasi analtiklər tərəfindən portallara müsahibələr verilir və dövlət başçılarından bəzisi isə bu çevrilişdən xəbərsiz olduqlarını bildirirlər.

Xeberinfo.com:   Hərbi çevrilişlə əlaqədar olaraq həmin təhlillərdən biri- Atakənddən olub Soulu Atalı ( 18 Od Ayı, 38-ci il) adında şəxs “Türkiyəmiz çöküşə doğru” yazısı diqqətimi cəlb etdi. Həmin yazının axırıncı abzası belədir: “ Bax belə,Türkiyəmiz ölüm qarşısındadır. Ancaq nədənsə içimdə bir əmniyyət duyğusu var- yaxın illərin birində Türkiyə  ordusu  təpərlənib ayağa qalxacaq və Ərdoğana dur deyəcək. O zaman Atatürkün Cumhuriyyət bayrağı da türk birliyinin qovşağında dalğalanacaq”.

1.Cümləpərdazlıqla məşğul olan bu şəxs öz yazısında insaf yeri qoymayan və yzarlıqda kasıb olduğundan  “Türkiyəni ölüm qarşısında” qoyur, sonra da  içərisində bir əmniyyət  duyğusunun varlığı ilə-əzilib, büzülüb yaxın illərdə  Tükiyə ordusu təpərlənib Ərdoğana “dur” deyəcəyini önə çəkir. “Türkiyə ölüm qarşısındadır”sa bəs onda görəsən Soylu Atalı deyilən özü nəyin qarşısındadır?. Əllaməlik edib əvvəlcə türkü öldürür, sonra da təpərləndirir.”Ölüm” ifadəsininin yerinə “təhlükə” sözünü yazmaq çoxmu zəhmət tələb edirdi? 

2. ABŞ Türkiyədə hərbi çevrilişi həyata keçirmək üçün illərlə yalladığı, satqını-Fətulla Güləni  və qərbdə onun arxasında dayanaraq Türkiyənin üstünə qısqıranın iç üzünü tam açmaqdansa, bu dar məqamda, ağır bir dönəmdəTürkiyənin siyasi həyatında baş verən neqativ hallarda T.Ərdoğanı günahkar hesab edərək, onun əsəbləri ilə oynayıb “dur”durmaqla yol göstərən Soylu Atalı hansı vasitəylə Türkiyə ordusunu təpərləndirə bilər?Soylu Atalı tələsib indi T.Ərdoğanın ünvanına sayt vasitəsilə söylədiyi fikirlərindən xəcalət çəkirmi?

3.Yazdıqlarından belə görünür ki,Soylu Atalının “çoxbilmişliyi” ilə yanaşı nala mıxa vurmağı da  var.Məsələn, “Ancaq fakt odur ki, Türkiyədə türklük şüuru əngəlsiz olaraq çökdürülməkdədir”söyləyib, sonra da fal açır ki, “Türkiyənin çöküşü açıq müstəviyə keçib aydın görünən zaman türklər ayıla bilərlər”.

Anlamaq lazımdır ki, keçmişlərdə olduğu kimi bu gün  Türkiyə yeni bir ağır sınaq qarşısındadır və bu sınaqdan da uğurla çıxacaqdır.Bununla yanaşı dünya miqyasında baş verən qloballaşmadaTürkiyənin mövqeyi, yeri necə olacaq? İndidən bunu da düşünmək lazımdır. Bax bu barədə Soylu Atalı mülahizə yürütsəydi daha yaxşı olardı.

Türk milləti, onun torpağı  Ərdoğanı Ər kişi kimi dünyaya gətirib. İndən sora da ona qarışı çox təxribatlar törədiləcək. Ancaq onu məqsədindən döndərə bilməyəcəklər. Ona görə ki, o,Xalqa söykənib və  haqq yolundadır. T.Ərdoğan cəmi türklərin fəxridir.

Dünya miqyasında super hərbi gücə malik NATO-da aparıcı qüvvə olan ABŞ-ın 15.06.2016-cı il saat 16 da Türkiyədə baş verən hərbi cevrilişə münasibəti necə olub?

Məlumata görə ABŞ prezidenti Barak Obama bəyan edib : “ABŞ əvvəlcədən Türkiyədə hazırlanan dövlət çevrilişinə cəhddən xəbərsiz olub və onun bu cəhdlə heç bir əlaqəsi olmayıb”.Xeberinfo.com (22.07.2016-cı il).“Bizim dövlət çevrilişinə cəhddən məlumatlı olmağımız barədə istənilən məlumatlar, habelə ABŞ-ın bu məsələdə hər hansı iştirakı haqda söylənilənlərin hamısı tamamilə yalandır. Və mən bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bildirdim.”- deyə Obama Meksika Prezidenti Penya Neyo  ilə danışıqların yekiunları üzrə mətbuat konfransında bildirib.

Ataların belə bir məsəli var: “Kara kərən çalırlar, kar da deyir ki, bu nə taqqır-tuqqurdur”.NATO-nun Böyk Orta Şərqdə ən böyük İncirlik hərbi bazası NATO-nun üzvü Türkiyədə yerləşir. Həmin əraziyə isə ABŞ İncirlik hərbi bazası ilə nəzarət edir.Bundan başqa ABŞ kosmik peykləri vasitəsi ilə  Yer kürəsində baş verən hərbi münaqişələri yetərincə izləyə bilir. Bəs onda necə olur ki, ABŞ-ın İncirlik hərbi bazasının Türkiyədəki hərbi çevrilişdən xəbəri olmur? Gizlin deyil ki, Türkiyə özünə sərf etməyən ABŞ-ın  hər bir hərbi  əməliyyatlarına dəstək vermir. Türkiyəsiz də ABŞ Böyük Orta Şərqdə hər istəyinə nail ola bilmir.Bundan başqa ABŞ BOŞ-də güclü bir dövləti görmək istəməməklə yanaşı burada Kürd dövləti yaratmağa çalışır və Türkiyəni parçalayıb zəiflətməyə istiqamət götürüb.Bax bu səbəblərə görə də Türkiyədə hərbi çevrilişihəyata keçirmək üçün Fətulla Gülən kimi alçağı uzun illərdir ki, Türkiyədə  hərbi çevriliş ücün hazırlayırdı. Çevriliş baş tutmayanda isə heç şübhə yoxdur ki, ABŞ bu yaramaz əməldən yaxasını qurtarmaq üçün “ABŞ-ınbu məsələdə hər hansı iştirakı  haqqında söylənilənlərin hamısı tamamilə yalandır”- deyəcəkdir.

Türkiyədə baş verən hərbi çevriliş haqqında ən maraqlı fikri isə Rusiya İslam Komitəsinin Sədri Azərbaycan əsilli siyasi analtik Heydər Camal irəli sürüb. O, “Novosti-Azərbaycan” portalına müsahibəsində  Türkiyədəki son hərbi çevriliş cəhdini şərh edərkən deyib: ”Türkiyə və Ərdoğan rejimi fenomenini nə ABŞ, nə də Rusiya başa düşür”.

AzPolitika.info (24.07.2016-cı il):Solyönlü Vətən Partiyasının sədri Doğu Perinçəkdən şok iddia:“iyulun 15-i həm də Türkiyə üçün ikinci istiqlal savaşıdır. FETÖ-nün  uğursuz hərbi çevriliş cəhdi ilə ABŞ-ın Türkiyədəki 60 illik hərbi xunta proyekti rəsmən çökdü. ABŞ torpaqlarımızda  Kürdüstan adı altında ikinci israil yaratmaq cəhdi ağır zərbəyə məruz qalıb. Artıq heç kim PKK-nı basdırıldığı xəndəkdən çıxara bilməz.Əgər bu çevriliş cəhdindən sonra Türkiyə silahlı qüvvələrinin etibarına zərər vurulsa bu, Türkiyə üçün ağır nəticələrə səbəb olacaq”.

Eldə belə bir məsəl var: ”Oğurluqla əxlaqsızlığın müddəti heç 40 gün də çəkmir”. Türkiyənin”Yeni Şafaq” qəzetinin verdiyi məlumata görə qiyamı hazırlayan və idarə edənlər arasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) komandiri general Con F. Kampbel də olub”.AzPolitika.info. 25.07.2016.

Qısası “ilanın ağına da lənət, qarasına da”deyiblər. Super güclərmilliyyətindən asılı olmayaraq hamısıbir xislətin sahibidirlər və onlara etibar yoxdur. Qırx gün də yox, cəmi 25-15=10 gündən sonra qiyamı hazılayanlar məlum oldu.

İnsan cildinə girən şeytanın on adı olsa da, özü bircədir. İki əlinin biri şimalda, digəri qərbdədir. Bununla yanaşı onun səkkiz övladı var ki, bunların da hamısı dünyada baş verən hadisələr və gedişatlar onların maraqlarına cavab verməyəndə vəyaxud uyğun gəlməyəndə qiyamlar təşkil edir, müharibələr alovlandırmaqla  kütləvi halda insan qırğınlarının baş verməsində aparıcı rol oynayırlar.

 

 

Quliyev Elxan Sarı o.                                            


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam