Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə ikinci çevriliş cəhdinin qarşısı alındı

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra vəziyyət normallaşmamış ikinci çevrilişə cəhd olunub.

Xeberinfo.com:  DHA bildirir ki, Türkiyə Hərbi-Hava Qüvvələrinin Kayseri vilayətindəki Erkilet rayonunda yerləşən 12-ci aviabazasından havaya qalxan 8 hərbi-nəqliyyat təyyarəsi səhər Malatyanın Erhaç rayonundakı 7-ci aviabazaya eniblər. 2 Airbus A400M və 6 C-130 təyyarələrində yüksək rütbəli 39 zabit, çoxsaylı çavuş və əsgərlər, habelə silah-sursat və hərbi texnika olub.

Həmin hərbçilər Malatyadakı aviabazada F-4E 2020 qırıcı-bombardmançı təyyarələrni ələ keçirərək hərbi çevrilişin ikinci dalğasına başlamaq istəyiblər. Hətta təyyarələrə bomba və raketlər daşınıb.

Lakin Malatya valiliyi və polis idarəsi bundan xəbər tutan kimi aviabazaya polislər, habelə ARFF adlandırılan hava limanında xilasetmə və yanğınsöndürmə heyətləri yollayıblar.

Polislərlə ARFF heyətləri ağır yük maşınlarını uçuş-enmə zolaqlarına sürərək qırıcıların səmaya qalxmasının qarşısını alıblar. Eyni zamanda uçuş-enmə zolağı 12 bomba atılaraq sıradan çıxarılıb.

Aviabazada dövlət çevrilişinin ikinci dalğasını gerçəkləşdirmək istyənlərin həbsi ilə bağlı əməliyyat aparılıb. Tutulan 39 zabit arasında 12-ci aviabazanın komandanı, general-leytenant Cemal Akyıldız da var.

HHQ-nın polkovniki Erhan Baltaçıoğlu isə Kayseridə yaxalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam