Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Hazırda Avropanın Birliyi çox əhəmiyyətlidir"

obama-19may2011-2Soyuq Müharibədən bəri ən mühüm NATO sammiti adlandırılan zirvə görüşü baş tutub.

Xeberinfo.com:  Prezident Barak Obama Avropaya uzun müddətli ABŞ dəstəyi vədi verib və hazırki vəziyyətin NATO və Avropa üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Güc və bərabərliyin nümayişi Soyuq Müharibə zamanından bəri müşahidə edilməmişdi. Sammitin məqsədi mövcud olan gərginliyi azaltmaq və yeni istiqamət planı çəkmək olub.

Barak Obama: “Yaxşı və pis gündə, Avropa hər zaman Birləşmiş Ştatlara arxalana bilər. Varşavada biz sadəcə ortaq təhlükəsizliyimizlə bağlı qərar qəbul etmədik, Soyuq Müharibədən bu yana bizim birgə müdafiəmizlə bağlı əhəmiyyətli addım atdıq”.

Prezident Obama əsasən Britaniyanın Avropa İttifaqından ayrılmasının NATO-nun zəifləməsinə gətirib çıxarma ehtimalından narahatdır.

Deyvid Kameron: “Britaniyanın Avropa ittifaqından ayrılması dünyanı tərk etmək və ya Avropaya və ya Avropanın təhlükəsizliyinə arxa çevirmək anlamına gəlmir.”

Sammit Soyuq Müharibədən sonra ən mühüm görüş adlandırılıb. NATO-nun əsas hədəfi üzvlərini sakitləşdiri mövqedən Rusiyaya qarşı daha aqressiv mövqeyə dəyişməsidir.

NATO-nun cavabı Baltik ölkələrində və Polşada əlavə batalyonların yerləşdirərək Ukraynaya görə Moskvaya təzyiqləri artırmaqdır.

Barak Obama: “28 ölkə bir araya gələrək Minsk danışıqlarına əməl etməməsinə cavab olaraq Rusiya ilə heç bir iş görməyəcəyinə dair qərar qəbul edib.”

Və son olaraq liderlər NATO-nun Əfqanistandakı rolu ilə bağlı probləmləri müzakirə ediblər. ABŞ-ın hər il 3.5 milyard dollar yardımı ilə yanaşı digər ölkələrdən də təkliflər olub.

Cens Stoltenberq: “Ən böyük nailiyyətlərdən biri bizim hazırda digər ölkələrdən bir milyard dollar əlavə yardım alacağımızdır.”

Dallasda baş verən hadisələr səbəbilə Obama Avropa səfərini yarıda dayandırmalı olub. Lakin onun sammitin sonuna qədər qalması görüşün əhəmiyyətini nümayış etdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam