Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

PKK-nın 400 silahlısı Dağlıq Qarabağda

PKK-nın 400 silahlısı Dağlıq Qarabağda

Terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib 

Xeberinfo.com:  Türkiyə KİV-inə istinadən məlumata görə, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər.

Ermənistanda silahlılara terrorçu PKK-ya aid "Ağrı Qartalları" adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdirliblər.

Məlumata görə, bu planı KCK ("Kürd İcmaları Birliyi") adlı terrorçu təşkilatın İdarə heyətinin həmsədri Bese Hozat həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlının da olduğu bildirilib.

Qeyd edək ki, Moskvada terrorçu PYD-nin nümayəndəliyi fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam