Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

300 min suriyalı Türkiyə vətəndaşlığı ala bilər

Hazırda Türkiyədə 3 milyona yaxın suriyalı var, onlardan 2 milyonu qadın və uşaqlardır.

Xeberinfo.com:  Türkiyə KİV xəbər verir ki, tədricən həmin insanlara vətəndaşlıq veriləcək.

 İlkin mərhələdə peşəsindən asılı olaraq 30-40 min nəfərə vətəndaşlıq veriləcək. Ümumilikdə isə 300 min nəfərə Türkiyə vətəndaşlığının verilməsi nəzərdə tutulub. Əsas peşə sahibləri olaraq həkim və mühəndislərə önəm veriləcək.

Lakin vətəndaşlığın verilməsi üçün bir sıra meyarlar nəzərdə tutulub. Belə ki, Türkiyə vətəndaşlığını qəbul edən suriyalılar 1 il müddətində heç bir seçkidə səs vermək hüququna malik olmayacaq. Eyni zamanda, qanunvericiliyə görə, vətəndaşlıq hüququ əldə etmək üçün əcnəbilərin Türkiyədə 5 il qalmaları şərtdir. Pulu olan və investisiya yatıra bilməyən suriyalı iş adamları üçün də imkanlar yaradılacaq. Bundan başqa, suriyalılara vətəndaşlıq verilməsi barədə ictimaiyyətdə yarana biləcək mənfi fikirlərin aradan qaldırılması istiqamətində işlər də görüləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam