Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan vətəndaşlığı neçəyədir?

 

Azərbaycan vətəndaşlığı neçəyədir?

 

“Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, bütün lazımi normalara riayət olunduğu halda, Azərbaycan vətəndaşlığını almaq olar. Belə ki, əgər bir şəxs Azərbaycan iqtisadiyyatına 50 mln. manat yatırım etsə, bizim ölkənin vətəndaşlığını sadələşdirilmiş sistemlə ala bilər”.

 

Yenixeber.org: Bunu Echo.az-a Dayanıqlı inkişaf tədqiqat mərkəzinin sədri Nəriman Ağayev deyib.

Onun sözlərinə əsasən, bu zaman investor Azərbaycanda daimi yaşayış hüququ əldə etmiş olur. 

“Ona görə də Azərbaycan vətəndaşlığını “satmağa” ehtiyac yoxdur. Lakin bu yolla xarici investorları ölkəmizə cəlb etmək olar. Məsələn, ölkədə bu və ya digər layihənin həyata keçiriləcəyini elan etmək və xarici investorlar tərəfindən maraq olduqda, onlara investisiya qarşılığında vətəndaşlıq təklif etmək olar”.

Qeyd edək ki, qanuni əsaslarla ölkəmizin ərazisində son beş il ərzində yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycanın Konstitusiya və qanunlarına riayət edən, dövlət dilini bilməsi haqqında müvafiq sənədləri təqdim edən xarici vətəndaşlar, yaxud vətəndaşlığı olmayan şəxslər irqindən və milliyyətindən, cinsindən, təhsilindən, dini mənsubluğundan, siyasi və digər baxışlarından asılı olmadan, qanunvericiliyə müvafiq olaraq, öz ərizəsi əsasında Azərbaycan vətəndaşı ola bilərlər.

Migration.gov.az saytının yaydığı məlumata görə, şəxsə vətəndaşlığın verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığının bərpa edilməsi, yaxud dayandırılması Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı əsasında mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam