Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Əsədin getməsinə razıdır

esed-putin

 

Kreml və Rusiya Xarici İşlər Nazirliyinin qaynaqlarına görə, Moskva Əsədin getməsinə razı ola bilər.

Xeberinfo.com:   Ancaq iki şərtlə: Əvvəla, Rusiya Əsəddən sonra hakimiyyətə islamçı qrupların gəlməyəcəyindən əmin olmalıdır. İkincisi, Əsəd rejimi dəyişdirildikdən sonra Suriyadakı hərbi bazalar öz yerində qalmalıdır.

Bu iddianı İngiltərənin Moskvadakı sabiq səfiri Sir Toni Brenton irəli sürüb.

Brentona görə, Rusiya Bəşər Əsəddən sonra Suriyanın daha pis vəziyyətə düşə biləcəyindən və tamamilə nəzarətdən çıxacağından ehtiyatlanır.

Qeyd edək ki, Suriyanın Tartus limanından Rusiyanın Qara dəniz donanmasının hərbi gəmiləri baza kimi istifadə edir. Ölkənin Aralıq dənizində əsas gücü hesab olunan bu baza əldən çıxarsa, dünyaya çıxışı da bağlana bilər. Bu isə Rusiyanın dünya dövləti olmaq qabiliyyətini itiriməsi deməkdir.

Məsələyə bu aspektdən nəzər salanda Brentonun iddiaları əsassız görünmür. (Strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam