Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qarabağla bağlı razılaşmanı gizlətmirik”

600@0 (6)

 

“Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi ilə bağlı əldə olunan razılaşmaları gizlətmirik. Sadəcə, burada kimin neçə üstünlük qazanması deyil, məsələnin həlli yolunun tapılması önəmlidir” 

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nüməyəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.
O, deyib ki, Qarabağ problemini həlli ilə bağlı danışıqlar prosesi mövcuddur və münaqişənin həlli üçün ikitərəfli və çoxtərəfli görüşlər keçirilir.
Zaxarova deyib ki, danışıqlar zamanı konkret razılıqlar əldə olunsa, mütləq bu barədə hər kəs məlumatlandırılacaq.
Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq birgə bəyanat imzalandığını qeyd edən M. Zaxarova tərəflər arasında əldə olunan razılaşmaların bəyanatda əksini tapdığını qeyd edib: “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real nəticələr əldə etmək üçün ictimai ritorikadan yayınmaq lazımdır. Ona görə yox ki, biz danışıqlar prosesində əldə olunan nəyisə gizlədirik, sadəcə, burada kimin neçə xal qazanması deyil, məsələnin həlli yolunun tapılması önəmlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam