Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bəşər Əsədə kömək edənlər onun zülmünə və qətliamlarına ortaqdır"

Türkiyə prezidenti: ''Bəşər Əsədə kömək edənlər onun zülmünə və qətliamlarına ortaqdır''

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur boksçu və ictimai xadim Məhəmməd Əlinin vida mərasimində iştirak etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Xeberinfo.com:  Türkiyə mediasına istinadən xəbərə görə, Ərdoğan Suriyada davam etməkdə olan vətəndaş müharibəsi ilə bağlı mətbuat nümayəndələrinə təəssüratlarını bölüşüb.
Ərdoğan Suriyada baş verənlərə görə Bəşər Əsədi məsul tutub. “Əsəd 600 min vətəndaşı öldürmüş bir qatildir, 12 milyon vətəndaşın öz vətənlərindən ayrı qaldığı bir ölkənin işğalçısıdır. Dövlət terrorunu əsdirən birisidir. Sadəcə 3 milyon vətəndaşı bizim ölkəmizdədir və onlara biz sahib çıxmışıq”,- deyə Türkiyə prezidenti bildirib.
Türkiyə prezidenti R.T. Ərdoğan bütün bəşəriyyətin Əsədi təcrid etməli olduğunu bildirib.
 
Türkiyə prezidenti Bəşər Əsədə köməklik edənlərin onun zülmünə və qətliamlarına ortaq olduğunu söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam