Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan gələcək baş nazirin adını açıqladı

11tayyipdavutoglu30cm

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlu ilə xüsusi görüşündə gələcək baş nazirin adını açıqlayıb.

Xeberinfo.com:  Artıq bir müddətdir ki, Türkiyənin gündəmini zəbt edən “aşağı profilli” baş nazirin kim olduğunu söhbət əsnasında Ərdoğan özü açıqlayıb.
“AzPolitika”nın məlumatına görə, mayın 4-də prezident sarayında Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında 1 saat 40 dəqiqə çəkən görüşün nəticəsində Davudoğlunun yerinə gələcək namizədin də kimliyi dəqiqləşib.

“Binəli həll edər…”

Gələcək baş nazirin adı görüş zamanı Davudoğlu özündən sonra Baş nazirlikdə qurulan düzənin axsamadan davam etməsinin vacibliyini vurğulayarkən ortaya çıxıb.
Belə ki, Ərdoğan Davudoğluna cavab olaraq bildirib ki, işlər axsamayacaq: “Narahat olmayın, Binəli həll edər…”. – deyə bildirib. Bu iddia doğrudursa, prezident istəmədən belə olsa, gələcək baş nazirin adını Davudoğluna açıqlayıb.

Binəli Yıldırım “aşağı profil”in haqqını verəcək

Türkiyədə son günlər ən çox müzakirə olunan mövzulardan biri də AKP-nin “aşağı profilli” baş nazir axtarışında olmasıdır. Bu iddianı AKP-dən olan Ankara millət vəkili Aydın Ünal da Ərdoğanla görüşdən sonra öz açıqlamasında təsdiqləmişdi: “Güclü prezidentlə güclü baş nazirin uğurlu nəticələr vermədiyini gördük. Prezidentlə baş nazirin münasibətlərində problemlər olurdu. Mövqeləri fərqli idi. Çox yumşaq keçid gerçəkləşdi. Bundan sonra gələcək baş nazirin profili daha aşağı olacaq”.
Əhməd Davudoğlunun yerinə gətirilməsi planlaşdırılan Binəli Yıldırım “aşağı profilli baş nazir” kriteriyalarına uyğun gəlir. Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımın “bulud texnologiyası” panelindəki “aşağı profilli” çıxışı nümunə gətirilən videolardandır:

5-6 namizədin adının hallandırılması taktikadır

Ərdoğana yaxınlığı ilə bilinən AKP-lilərdən biri daha çox namizədin adının hallandırılmasının“taktiki gediş” olduğunu deyib: “Ərdoğan 5-6 namizədin adının hallandırılmasından məmnundur. “Binəli bəyin adı rəsmən açıqlanarsa, haqqında hər gün onlarla adını ləkələyən yazılar dərc olunar”

erdogan-1-1
TBMM-də toplantıya qatılan nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımı AKP-li vəkillər sədr və baş nazir kimi qarşılayıb.

yildirim-1yildirim-2

 

Yüksək əhval-ruhiyydə olan Binəli Yıldırım jurnalistlərin mövzu ilə bağlı sualına “indilik danışma zamanı deyil” – deyə cavab verib.

diz-cokme-icbinali-1

AKP-yə sədr olacaq şəxsin adının 20-21 may tarixlərində açıqlanacağı bildirilir. Binəli Yıldırımın adının baş nazir kimi dəqiqləşdiyi görünsə də, Bəkir Bozdağ, Berat Albayraq, İsmət Yılmaz, Numan Qurtulmuş, Mehmet Müəzzinoğlunun da adları gələcək sədr kimi hallanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam