Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilər cəbhəyə görə türk maşınlarına hücum etdi

600@0

 

Ermənilər Gürcüstandan Türkiyəyə gedən maşınların yolunu daş-qayalarla bağlayıb.
Ermənilər Türkiyə sərhəddində təxribata əl atmaq istədilər.

Xeberinfo.com:  Türkiyə mətbuatına istinadla məlumata görə, ermənilər Türkiyə-Gürcüstan sərhədində “Çıldır-Aktaş” gömrük məntəqəsindən Türkiyəyə girmək istəyən ağır tonajlı yük maşınlarına (TIR) daşlarla hücum ediblər. Onlar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ zonasında baş verənləri bəhanə edərək adıçəkilən yolu daş və qayalarla bağlayıblar.
Sürücülər can və mallarının təhlükəsizliyi üçün istiqaməti dəyişməli olublar. Gürcüstandan Türkiyəyə keçmək istəyənlər “Çıldır Aktaş” qapısı yerində, Türkgözü gömrük məntəqəsinə üz tutublar.
Türkiyəyə giriş etmək üçün Türkgözü gömrük məntəqəsindən istifadə etmək istəyən TIR sürücüləri, Gürcüstanın Ahıska ilə Ardahanın Posof rayonları arasında 4 km-lik tıxac yaradıblar.
Sürücülər tıxaca baxmayaraq bu yolun daha təhlükəsiz olduğunu bildiriblər. “Gürcüstanın Axalkələk ilə Ardahanın Çıldır yaxınlarındakı Aktaş sərhəd-keçid məntəqəsinin yolu daş və qayalarla qapadılıb. Türkiyənin Azərbaycana dəstək verməsini bəhanə edən erməni qruplar yolu bağlayıblar. O istiqamətdə gedən türk nömrəli maşınlar hücuma məruz qalır. Bunun üçün biz Ahıska- Posof məntəqəsinə yönəldik”, deyə adının açıqlanmasını istəməyən sürücülər bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam