Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Xəzərdə şərti terrorçulara qarşı mübarizə apardı

 

Rusiyanın Xəzər donanması Həştərxan, Mahaçqala və Kaspiysk şəhərlərində terrorçuluqla mübarizə üzrə təlimlər keçirib.

Xeberinfo.com:   Bu xəbəri «RİA Novosti» agentliyinə Rusiya Hərbi Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətindən veriblər.

Məlumatda qeyd olunur ki, təlimlərə 300-dən çox hərbi qulluqçu, 20-yə yaxın hərbi gəmi, kater və təchizat gəmisi, həmçinin Xəzər donanmasının 10 vahidə yaxın silah və hərbi texnikası cəlb olunub.

Təlimin şərtlərinə uyğun olaraq, terrorçular hərbi hissənin nəqliyyat vasitəsini ələ keçirərək nəzarət-buraxılış məntəqəsindən (NBM) hərbi şəhərciyin ərazisinə daxil olmaq istəyirlər. NBM-in şəxsi heyəti müdafiə mövqeyi tutaraq, yaraqlıları hərbi hissəyə buraxmır və həyəcan siqnalı ilə terror əleyhinə taktiki qrup ayağa qaldırılır. Onlar terrorçuları mühasirəyə alır və məhv edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam