Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Çanaqqala qələbəsindən 101 il ötür

600@0

Türkiyədə Çanaqqala zəfərinin 101-ci ildönümü qeyd edilir.
Xeberinfo.com:  Birinci dünya müharibəsi əsnasında Türkiyənin Gelibolu yarımadasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olmuşdu.
İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu açmaq, bununla Almaniya ilə müttəfiq ölkələrdən birini zəiflətmək istəyirdilər.

Düşmən qüvvələri ilk hədəf olaraq Çanaqqala boğazına girmişdilər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdu və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq Dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər vətəndaşın xatirəsində qalmışdır.
Türkiyə cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkildiyi gün, 18 mart hər il Çanaqqala Şəhidlərinin Anım günü olaraq qeyd olunur.
Müttəfiqlər üçün isə bu döyüş, hərbi bacarıqsızlıq və fəlakət simvolu olaraq yadda qalıb. Bu döyüşlərdə 3 mindən çox Azərbaycanlı əsgər də şəhid olub.
Zəfər günü ilə əlaqədar keçiriləcək tədbirlərə hazırıqlıq işləri atıq tamamlanıb. İstanbul şəhərində aktyorlar açıq səhnədə Çanaqqala döyüşlərini canlandıracaqlar.
Mərsin vilayətində Çanaqqala dəniz döyüşləri zamanı qələbədə böyük payı olan “Nüsrət” mina gəmisi sahilə yan alıb. Bir qrup fəal gəmini qarşılamaq üçün limanda bir araya gəlib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam