Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Suriyada müharibə bitməyəcək"

Türkiyə:

 

 

 
Ankara terroru Türkiyənin Suriya ilə bağlı siyasətinə təsir edəcək.
 
Xeberinfo.com: Məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Ankara terroru yeni məqamları ortaya çıxardı” adlı məqaləsində qeyd edib.
 
O, bu günə kimi Türkiyənin bir çox şəhərlərində terror aktları törədildiyini bildirsə də, Ankara terrorunu bir çox cəhətlərinə görə bir ilk adlandırıb:
 
“Türkiyə ABŞ-ın YPG-yə dəstəyini haqlı olaraq tənqid edir. 24 noyabr 2015-ci il tarixində Su-24 təyyarəsinin vurulmasından sonra Rusiyanın Türkiyəyə qarşı YPG-dən istifadə etməsi bəlkə də anlaşılandır. YPG İŞİD-ə qarşı müharibə aparsa da, terrorçular yenə də əvvəlki kimi güclüdürlər. Bəşər Əsəd də mövqeyini qoruyub saxlayır və strateji nöqtələr onun əlindədir. Digər tərəfdən də Rusiya Suriyanın mülki əhalisini hədəf alaraq şəhər və qəsəbələri bombalayır. Ruslar dekabr ayından bəri bütün atəşkəslə bağlı razılaşmaları pozub və Münhen anlaşmasına da əməl etməyərək, şəhərləri bombalamağa davam edir. Son vaxtlarda Rusiyanın hücumlarında 2 mindən çox insan həlak olub”.
 
İbrahim Kalın onu qeyd edib ki, İŞİD məğlub edilsə belə Əsəd rejimi cinayətlər törətməyə davam edəcək və bunun qarşını almaq mümkün olmayacaq :
 
“Suriyada müharibə bitməyəcək. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejimi xalqına qarşı qətlimalar həyata keçirməyə davam edəcək. Bu da daha çox müharibə, qan və qaçqın anlamına gəlir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam