Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Rusiya 2017-ci ildə “bankrot” olacaq”

28

Məşhur milyarder və maliyyəçi Corc Soros 2017-ci ildə Rusiyanın müflis olacağını deyib.

Xeberinfo.com:  Rusiya KİV-nə istinadən xəbərə görə , tanınmış iş adamı 2017-ci ildə Rusiyanın xarici borclarını ödəməyə başlayacağını və bunun qarşısını almaq üçün Rusiya prezidentinin Avropa Birliyini çökdürməyə çalışdığını deyib.

Putin rejimi 2017-ci ildə xarici borclarını ödəməyə başlayanda iflas olacaq”. Sorosun fikrincə, Putinin ölkə daxilindəki yüksək reytinqi “cəmiyyətlə müqaviləsi” əsasında mövcuddur.

Belə ki, prezident sıravi vətəndaşların maliyyə sabitliyini təmin etməlidir:“Qərb sanksiyaları və neftin ucuzluğu şəraitində Rusiya hakimiyyəti bu vədlərdən heç birini yerinə yetirə bilmir. Rusiya büdcəsinin kəsiri ÜDM-un 7%-ni təşkil edir və hökumət inflasiyanın idarəolunmaz səviyyəyə çatmaması üçün onu 3%-ə qədər azaltmalıdır. Bu və digər faktlar əhalinin yaşam səviyyəsinə mənfi təsir göstərəcək və payızda keçiriləcək parlament seçkilərində öz təsirini göstərəcək”.

Sorosun fikrincə, Avropa Birliyinin parçalanması Putini sanksiyalardan xilas edə bilər və iqtisadi baxımdan ona sərfəli olardı.
Corc Sorosun fikrincə, Suriyanı bombalayan Rusiya “dahi taktik” Putinin simasında Avropa İttifaqını qaçqın axını ilə zəiflətmək istəyir. Milyarderin fikrincə, Avropa Birliyi İŞİD-dən çox Rusiyadan qorxmalıdır: “Putin Rusiyası və Avropa Birliyi vaxtla yarışa çıxıblar. Sual onlardan hansının ilk çökəcəyindən ibarətdir. Putin Rusiyasından qaynaqlanan təhlükə ilə mübarizə aparmaq çox çətindir. Bu təhlükəni qəbul etməmək isə vəziyyəti daha da təhlükəli edir”.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı 2017-ci ilin yanvar-sentybar aylarında xarici borcları ödəmək üçün 60 milyard dollar vəsaitə ehtiyac olduğunu bildirmişdi.
Corc Soros 24,9 milyard dollar sərvətə malikdir. Onun yaratdığı “Açiq Cəmiyyət” fondu 2015-ci ilin noyabrında Rusiya Baş Prokurorluğu tərəfidən ölkənin təhlükəsizliyinə təhlükə kimi dəyərləndirilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam